Türkiyədə yumşalmadan sonra yoluxanların sayı 2 dəfə artdı

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca dünən karantin qaydalarının yumşalmasından sonrakı vəziyyətlə bağlı mətbuat konfransı keçirib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, ölkə üzrə koronavirusla bağlı vəziyyəti dəyərləndirən Fəxrəddin Qoca Türkiyə üzrə göstəriciləri başqa ölkələrlə müqayisə edib:

"ABŞ hər 1 milyon insana 6 673 yoluxma faktının düşməsi ilə siyahıda birinci yerdədir. İspaniyada bu rəqəm 6 233, İngiltərədə 4 393, İtaliyada 3 928, Almaniyada 2 249, Türkiyədə isə 2 151 nəfər təşkil edir". O, bir milyon nəfərə düşən ölüm sayına görə Avropa ölkələrinin ilk yerlərdə qərarlaşdığını, Türkiyənin isə 57 ölüm sayı ilə 42-ci yerdə gəldiyini bildirib. 

Fəxrəddin Qoca dünya ölkələrinin COVID-19-a qarşı apardıqları mübarizədə hələ ki, bir qələbə qazana bilmədiklərini vurğulayaraq, "Epidemiya başlayandan bu günə qədər dünyada ən çox gündəlik yoluxma sayı iyunun 7-də qeydə alınıb. Dərman hələ ki, tapılmayıb, peyvənd hələ ki hazır deyil. Bu fakt, hər zaman hazır olmağımızı, vəziyyəti diqqətlə izləməyimizi və lazım gəldikdə təcili müdaxilə etməyimizi tələb edir",-deyə bildirib.

İyun ayında başladılan normallaşma prosesinə diqqət çəkən Səhiyyə naziri bu prosesin əvvəlki həyata geri qayıtmaq kimi yox, daha ehtiyatlı sosial həyata başlamaq kimi anlaşılmalı olduğunu bildirib.

"Yeni normal idarə olunan sosial həyat kimi anlaşılmalıdır. Sosial həyatın zəruri tələblərindən xəbərdarıq. İstehsal davam etməlidir. Təhsil, nəqliyyat, ticarət, turizm və bütün xidmət sahələrinin fəaliyyətinin davam etməsi cəmiyyətin gələcəyi üçün zəruridir. Həftə sonları vətəndaşlarımızı açıq havadan məhrum etdik. Şəhərlərarası nəqliyyatı məhdudlaşdırdıq. Gənclərimizdən və ağsaqqallarımızdan evdə qalmalarını istədik. Bu fədakarlığa yalnız özlərini qorumaq üçün deyil, bütün cəmiyyətin xeyri üçün getdilər. Gənclərimiz, yaşlılarımız sosial məsafəyə, maska və təmizliyə diqqət yetirərək bu ictimai hərəkata güc qatdılar",-deyə nazir qeyd edib.

Nazir həmçinin məhdudiyyətlərin qaldırıldıqdan sonra son günlər yoluxma hallarında müşahidə olunan artıma da diqqət çəkərək bunun gözlənilən olduğunu qeyd edib:

"Yoluxma sayı və reanimasiyaya aparılan xəstələrin sayındakı dəyişiklik son günlərdəki dalğalanmaların təzahürüdür. Sürpriz yoxdur. Gözlənilən həddə çatırıq. Bu həddi aşmamaq sizin əlinizdədir. Vacib olmadıqca çölə çıxmayan böyüklərimiz, sahil də əl-ələ tutmayan gənclərimiz, maskasız çölə çıxmayan və məsafəni qoruyan insanlarımızın əlindədir".

Məhdudiyyətlərin götürülməsindən sonra bütün ölkələrdə yoluxma hallarında artım müşahidə olunduğunu bildirən Qoca Türkiyədə bu artımın artıq ümumi deyil, lokal xarakter aldığını, bəzi bölgələrdə artım tempinin xüsusilə sürətləndiyini bildirib.

Nazirin sözlərinə görə, bununla belə hazırda küçəyə çıxma qadağasının tətbiqi gündəmdə deyil. 

Nazir bir daha bu məsələdə ən effektiv vasitələrin sosial məsafə, şəxsi gigiyena və özünütəcrid etmək olduğunu, bütün vətəndaşların bu qaydalara həssaslıqla yanaşmalı olduğunu bildirib:

"İnsandan insana yoluxan xəstəlik haqqında danışırıq. Yəni bir başqa insanın haqqına girmiş oluruq. Müəyyən bir müddət, xüsusən maska, məsafə və əl gigiyenası məsələlərində hər kəs bu qaydalara yüksək həssaslıqla yanaşmalıdır. Bu həmdə böyüklərimizin, valideynlərimizin, dostlarımızın haqqına dair bir məsələdir. Bu mənada lazımi həssaslığı göstərəcəyimizə əmin olmaq istəyirik".

Qeyd edək ki, Türkiyədə karantin məhdudiyyətlərinin götürülməsindən sonra gündəlik 800-900 arası qeydə alınan yoluxma sayı son günlərdə artaraq 1500-1600 aralığına çatıb.

28 Noyabr 2024 Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır
28 Noyabr 2024 İsrail Livanla bağlı qadağa xəritəsi yaydı- Atəşkəs və gərginlik...
28 Noyabr 2024 Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...
28 Noyabr 2024 Bu ölkə Netanyahunu həbs etməyəcək
28 Noyabr 2024 "İsrail və "Hizbullah" böyük oyuna qurban getdilər" - Ekspert
27 Noyabr 2024 Rusiyada Quranı yandıran şəxsə rekord cəza
27 Noyabr 2024 Baydenin Trampa qarşı 24 milyardlıq oyunu - Ukrayna üçün İLGİNC PLAN
27 Noyabr 2024 “G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
27 Noyabr 2024 Makron hökumətin süqutunu gözləyir
26 Noyabr 2024 TƏCİLİ! Bu ölkələr Rusiyaya qarşı birləşdi: Hərbi qüvvələr hərəkətə keçir… - ŞOK
26 Noyabr 2024 Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: Məktəb QADAĞASI
26 Noyabr 2024 Çin alimləri "Ulduz müharibələri"ndəki ölümcül silahı yaratdıqlarını iddia edir
26 Noyabr 2024 Tramp bu sosial şəbəkəni nəzarətinə götürür
26 Noyabr 2024 Qərb Gürcüstanı niyə “geopoltik müstəmləkə”yə çevirmək istəyir: Tiflis Türk İttifaqına sığınmağa məcbur qalıb
25 Noyabr 2024 Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
25 Noyabr 2024 Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
25 Noyabr 2024 Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək

Xəbər lenti