Beynəlxalq reytinq agentliyi “Moody’s” “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) uzunmüddətli korporativ ailə reytinqini (CFR) B1-dən Ba3 səviyyəsinə yüksəldib.

“Yol-xeber.az” xəbər verir ki, ADY-nin 2024-cü ili əhatə edən fəaliyyəti dövrü ərzində sərnişindaşıma, təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətlərindəki müsbət dəyişikliklər “Moody’s” agentliyi tərəfindən kredit reytinqinin verilməsində əsas təsiredici amillər kimi rol oynayıb.

“Moody’s”in hesabatında ADY-nin gəlirlərinin illər üzrə stabil artımı, maliyyə və iqtisadi göstəricilərinin yaxşılaşması, yükdaşıma həcmlərinin artması, xüsusilə tranzit rejimində yükdaşımaların artırılması istiqamətində ölkə və dəmiryol hədəflərinin olması göstərilib. Bundan əlavə, ADY-nin ölkənin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyəti vurğulanıb. Həmçinin ADY-nin gəlirlərinin artması fonunda maliyyə əmsallarının 2024–2025-ci illər üzrə bir neçə dəfə yaxşılaşması qeyd olunub.

Reytinqin yüksəldilməsinin digər əsas səbəbləri kimi ADY-nin borcunun əhəmiyyətli dərəcədə azalması, kredit göstəriciləri və kredit profilinin yaxşılaşması ilə əlaqədar maliyyə göstəricilərindəki müsbət tendensiya, həmçinin şirkətin davamlı inkişafı üçün əsaslı təməl yaradılması göstərilib.

Rəqabətqabiliyyətinin yaxşılaşdırılması və potensial inkişafa nail olmaq üçün ADY-nin ciddi islahatlar aparması, investisiya proqramlarının icrası nəticəsində həm infrastrukturun, həm də hərəkət tərkibinin yenilənməsi prosesinin həyata keçirilməsi, Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi layihəsinin yekunlaşması və yük buraxıcılıq qabiliyyətinin il ərzində 1 milyon tondan 5 milyon tona çatdırılması hesabatda qeyd olunan əsas məqamlardandır.

Hesabatda maliyyə və likvidlik göstəricilərinin yaxşılaşmasının ADY-nin  yeni investisiya layihələri hesabına gələcəkdə gəlirlərinin daha da artırılmasına və davamlı inkişafın təmin edilməsinə yeni imkanlar yaradacağı qeyd edilir. Likvidlik göstəricilərinin yaxşılaşması ADY-nin maliyyə öhdəliklərinin icrası zamanı hər hansı çətinliyinin olmayacağı barədə əminlik yaradır.

Reytinqin yüksəldilməsi ADY-nin maliyyə etibarlılığını artırır və sabit gəlirliliyi ifadə edir. Bu isə bankların və investorların şirkətə daha aşağı faizlə kredit verməsinə imkan yaradır.

Yüksəlmiş reytinq təchizatçılar və biznes müştərilər üçün də maliyyə sabitliyi və ödəniş qabiliyyəti baxımından pozitiv siqnaldır. Bu, daha sərfəli əməkdaşlıq şərtlərinə yol aça bilər.

Bundan başqa, yüksək kredit reytinqi ADY-nin əməliyyatlarının daha səmərəli həyata keçirilməsinə şərait yaradır, eləcə də ADY-nin ictimai nüfuzunu və beynəlxalq imicini gücləndirir. Bu, şirkətin beynəlxalq layihələrdə və əməkdaşlıqda daha fəal iştirak etməsinə və strateji tərəfdaşlıqlar qurmasına imkan verir.

Kredit reytinqinin artırılması nəticəsində ADY-nin maliyyə imkanlarının genişlənməsi, əməliyyat səmərəliliyinin yüksəlməsi və beynəlxalq nüfuzunun güclənməsi ümumilikdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verəcək.

06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Xəbər lenti