|
Bu barədə Səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında paylaşıb.
O qeyd edib ki, son 24 saatda 41413 şübhəli koronavirus testindən keçib, onlardan 1212-nin cavabı pozitiv çıxıb. Bu gün 1293 xəstə isə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4974 nəfər ölüb, 188897 nəfər bu infeksiyaya yoluxub, 161533 nəfər isə müalicə olunub.