|
Türk dünyasının sənətçiləri bu gün 80 yaşı tamam olan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevi “Üş Konır” mahnısı ilə təbrik ediblər (Sözləri: N. Nazarbayev, musiqisi: A. Korazbayev).
Türkdilli ölkələrin – Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının subyektləri: Başqırdıstan, Tatarıstan, Yakutiya, həmçinin Qaqauziyadan (Moldova) olan 50-dən çox musiqiçi və solist qazax mahnısını oxuyublar.
TÜRKSOY-un mətbuat xidmətindən verilən məlumata görə, sonra bütün ifalar tək bir klipə yerləşdirilib.
Layihəni təşkilatın rejissoru, Qazaxıstanın əməkdar incəsənət xadimi Arman Nurmaxamatulı həyata keçirib.
(konkret.az)