Rusiya ilə Ermənistan arasında yeni qalmaqal

Rusiya ilə Ermənistan arasında uçurum dərinləşir. İndi Ermənistanın İctimai Televiziyasında rusiyalı müxalifətçi Aleksey Navalnının yayımlanan videosu fonunda yeni qalmaqal yaranır. Yerevanın “Qraparak” qəzetinin məlumatına görə, “Azadlıq” radio stansiyasının erməni redaksiyasının müxbiri Aza Babayan Rusiyadan qovula bilər.
“Armenia Today”ın iddiasına görə, radiostansiyanın erməni müxbiri Aza Babayan Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin diplomatik arayışına (başqa bir versiyaya görə, ərinin sənədlərindən istifadə edib) sahibdir. Nəşr qeyd edir ki, jurnalistin həyat yoldaşı səfirliyin işçisidir.

Bildirildiyinə görə, “Azadlıq” radio stansiyasının jurnalisti müxtəlif tədbirlərdə maneəsiz iştirak edib, onun jurnalist kimi daxil olması qadağan olan müxtəlif qurumlara girişi olub. Qeyd olunur ki, müxbirlə əlaqədar hazırda “proses” başladılıb, hətta Rusiyadan qovulması da gündəmdədir. Rusiya tərəfi radiostansiyanın müxbirinin dövlət səviyyəsində himayəsi ilə əlaqədar Ermənistandan izahat tələb edib.

Ümumiyyətlə, burada qeyri-adi heç nə yoxdur. Yerevanda müntəzəm olaraq etiraz etməyə öyrədilən “narıncı" fəalların yığıncaqları keçirilir. Rusiyada buna çoxdan diqqət yetiriblər.

Bir çox erməni siyasi xadimləri Rusiyada hakimiyyət dəyişikliyini xəyal etdiklərini gizlətmirlər. Öz ölkəsində deyil, məhz Rusiya Federasiyasında... Beləliklə, “Sasna Tsrer” ümumerməni partiyasının liderlərindən olan Jirayr Səfilyan tezliklə “hazırkı rejimi” əvəz edəcəyini düşündüyü “Rusiyanın gələcək hakimiyyəti”nə müraciət edib.

Jirayr Səfilyanın hesab etdiyinə görə, “Ermənistanın şərq hissəsində iki yüz ildən də əvvəl qurulmuş Rusiyanın strateji hökmranlığı mərhələsi” başa çatır. Ermənistan artıq Rusiyanın forpostu və kolonial qarnizonu olmayacaq.

Erməni siyasətçi əmindir ki, Ermənistan “Rusiya üçün Rusiyanın Ermənistan üçün olduğundan 10 qat daha vacibdir. Bu baxımdan Ermənistanın alternativi var, Rusiyanın isə yoxdur”. Belə bir nəticənin nəyə görə çıxarıldığı çox aydın deyil. Uzaqdan isə tam əksi görünür.

Erməni fəal Samvel Aslikyan, öz növbəsində, məşhur rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanın İctimai Televiziyasında rusiyalı müxalif lider Aleksey Navalnının videosunun nümayişinə verdiyi reaksiyaya münasibət bildirib:

“Navalnı kimdir - armenofob (yalnız Solovyovun dediyinə görə. Bu barədə başqa mənbələr görmədim), seksopatoloq və ya hindli – vecimə də deyil. Bu, sadəcə, siyasi anons idi. Ermənistanın qlobal problemləri olduğu halda, oturub bu barədə yazmaqdan mən özüm də şokdayam. Bu axmaq düzəlişlərə səs verən ermənilər mənim üçün Navalnıdan qat-qat aşağıdır”.media.az

28 Noyabr 2024 Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır
28 Noyabr 2024 İsrail Livanla bağlı qadağa xəritəsi yaydı- Atəşkəs və gərginlik...
28 Noyabr 2024 Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...
28 Noyabr 2024 Bu ölkə Netanyahunu həbs etməyəcək
28 Noyabr 2024 "İsrail və "Hizbullah" böyük oyuna qurban getdilər" - Ekspert
27 Noyabr 2024 Rusiyada Quranı yandıran şəxsə rekord cəza
27 Noyabr 2024 Baydenin Trampa qarşı 24 milyardlıq oyunu - Ukrayna üçün İLGİNC PLAN
27 Noyabr 2024 “G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
27 Noyabr 2024 Makron hökumətin süqutunu gözləyir
26 Noyabr 2024 TƏCİLİ! Bu ölkələr Rusiyaya qarşı birləşdi: Hərbi qüvvələr hərəkətə keçir… - ŞOK
26 Noyabr 2024 Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: Məktəb QADAĞASI
26 Noyabr 2024 Çin alimləri "Ulduz müharibələri"ndəki ölümcül silahı yaratdıqlarını iddia edir
26 Noyabr 2024 Tramp bu sosial şəbəkəni nəzarətinə götürür
26 Noyabr 2024 Qərb Gürcüstanı niyə “geopoltik müstəmləkə”yə çevirmək istəyir: Tiflis Türk İttifaqına sığınmağa məcbur qalıb
25 Noyabr 2024 Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
25 Noyabr 2024 Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
25 Noyabr 2024 Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək

Xəbər lenti