Dünyada Covid-19 virusu hələ də sürətlə yayılmaqda davam edir. Mütəxəssislər hazırda həm virusa qarşı vaksin axtarışındadırlar, həm də Covid-19-un ilk olaraq nədən qaynaqlandığı və tez bir zamanda necə yayılması ilə bağlı araşdırmalar aparılır.

Hər keçən gün koronavirusa yoluxanların və ölənlərin sayı artdığı bir vaxtda ABŞ-a qaçan çinli mütəxəssisin verdiyi açıqlamalar insanları şoka salıb.

Belə ki, Honq Konqdan olan tanınmış virusoloq mütəxəssis Li-Meng Yan ABŞ-ın "Fox News" kanalına danışaraq ölkəsindən qaçmağa məcbur olduğunu deyib.

O bildirib ki, koronavirus pandemiyası ortaya çıxan zaman Honq Konq Tibb Universitetində virusoloq işləyib. Çinin koronavirusla bağlı həqiqətləri gizlətməsi, virusun yayılması haqda dünyaya gec xəbər verməsi ilə bağlı əvvəlcədən məlumatı olub.

Li-Meng Yan pandemiya ilə bağlı mühüm araşdırmalar apardığını, lakin çinli rəsmilərin buna bilərəkdən əhəmiyyət vermədiyini deyib.

Onu da bildirək ki, Li-Meng Yan Çində yoluxucu xəstəliklər üzrə araşdırma qrupunda olub və koronavirusun ilk ortaya çıxdığı Uhana gedən həkim heyətinin tərkibində yer alıb. O, virusun insandan insana keçdiyi barədə ilk məlumat verən mütəxəssislərdən biridir.

Linin sözlərinə görə, ilk vaxtlarda Çin Kommunist Partiyasının üzvləri bu məlumatın gizlədilməsinə çalışıblar.

Çinli mütəxəssis virusla bağlı məlumatları olan həmkarlarının və özünün sıxışdırıldığını görüb, Honq Konqdan ABŞ-a qaçmağa məcbur olub. O həmçinin qeyd edib ki, Çin hökuməti Honq Konq Tibb Universitetində virusla bağlı araşdırmaları ləğv edib, xaricdən gələn mütəxəssislərin məsələni araşdırmasının qarşısını almağa çalışıb.

Məlumata görə, hazırda Li-Meng Yan ABŞ-da təhlükəsizlik baxımından heç kəsin bilmədiyi bir yerdə qalır. Ölkəsinə bir daha geri dönməyəcəyini deyən mütəxəssis koronavirusla bağlı qorxunc iddialar da irəli sürüb.

Onun sözlərinə görə, koronavirus insanların düşündüyündən də çox öldürücüdür və buna qədər aparılan tədbirlərlə onun qarşısını almaq qeyri-mümkündür:

"Hazırda dünyada təxminən hər 600 insandan biri virusa yoluxub. Lakin bu virusun yoluxma sürəti çox böyükdür. Qarşısı alınmasa tezliklə, hər 100 insandan biri koronavirusa yoluxa bilər.

Bu günə qədər virusun vaksinini tapa bilməmişik və deyə bilərəm ki, heç yaxın vaxtlarda da tapılacağına ümid yoxdur. Vaksindən möcüzə gözləmək əvəzinə virusun kökünü araşdırmaq, onun necə ortaya çıxdığını öyrənməyə çalışmalıyıq. Məhz bunları demək üçün ölkəmdən qaçdım".

Li-Meng Yanın bu açıqlamalarından sonra Honq Konq Universiteti dərhal məsələyə reaksiya verib. Universitetdən bildirilib ki, adıçəkilən mütəxəssisin iddiaları yalandır. /Musavat.com

07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...
06 May 2025 Fransada təhlükəsiz yer qalmayıb – Ədliyyə naziri
06 May 2025 Britaniya və Fransadan Rusiyaya çağırış
06 May 2025 Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi
06 May 2025 Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...
06 May 2025 Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib – Qızıl Aypara Cəmiyyəti
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
05 May 2025 Rusiyanın səfirliyinə tüpürən vəkilə 8 min dollarlıq cərimə – İsveçrədə qalmaqallı hadisə
05 May 2025 Şamda silahlar təhvil verilir – Druzi liderlərlə Suriya hökuməti arasında razılaşma
05 May 2025 Tramp: Putinin istəyi budur, mən olmasaydım...
05 May 2025 Netanyahudan TƏCİLİ AÇIQLAMA: "İrana CAVAB VERƏCƏYİK!"
05 May 2025 "8 il prezident olacağam" - Tramp
03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?

Xəbər lenti