|
Türkiyənin Afyonkarahisar vilayətində yerləşən Beyyazı qəsəbəsinə giriş-çıxış nəzarətə götürülüb.
Publika.az xəbər verir ki, 3300 nəfər əhalisi olan qəsəbədə bir neçə gün əvvəl keçirilən toy mərasimindən sonra koronavirusa yoluxma halları kəskin artıb. Belə ki, bir gün içində 48 nəfərin koronavirusa yoluxduğu məlum olub. Həmin şəxslərin ailələrində və ətrafındakı ümumilikdə 800 nəfər risk qrupuna düşdüyü üçün yerli qurumlar qəsəbəni ümumilikdə karantinə almaq qərarına gəlib.
Artıq qəsəbənin giriş-çıxışlarında postlar qurulub.