Alimlər koronavirusun ən zəif nöqtəsini tapdı

Çikaqo Universitetinin (ABŞ) molekulyar mühəndislik məktəbinin alimləri ilhamverici xəbər yayıb.

Publika.az xəbər verir ki, tədqiqatçılar yeni tip koronavirusun zəif nöqtələrindən birini tapıblar. Bu nöqtə Mpro proteazı adlanır, vücuddakı virusun çoxalması ilə əlaqəli mexanizmə cəlb edilir.

Tədqiqatçılar proteazda əvvəllər araşdırılmamış hissənin tapıldığını, bunun da COVID-19-a qarşı effektiv dərmanların tətbiqi nöqtəsi ola biləcəyini söyləyib. Və dərhal həll yolu təklif ediblər: koronavirus infeksiyası ilə mübarizə aparmaq üçün ebselen adlı dərman molekulundan istifadə etmək. Hazırda bu molekulun eşitmə itkisi, tinnitus və bipolyar pozğunluğun müalicəsində təsirinin araşdırıldığı bilinir.

Belə bir tapıntı koronavirusun müalicəsinə yol aça bilərmi?
Bu barədə tanınmış virusoloq, E.İ.Martsinovski Seçenov Universitetinin tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Lukaşev danışıb:


"Proteaz, eləcə də polimeraz müxtəlif virusların çoxalması üçün istifadə etdiyi fermentlərdir. Onlar çoxdan bəri bir çox virusun müalicəsində istifadə edilir. Bu fermentlərə təsir edən və virusun çoxalmasını ləngidən molekul tapmaq uzun yolun ilk addımlarıdır. Belə bir molekulun tapılması çox yaxşıdır, amma hələ də yerinə yetirilməli şərtlər var. Həmin molekul aşağı toksikliyə, bədənə daxil olduqda yaxşı xüsusiyyətlərə malik olmalıdır - düzgün paylanmalı, metabolizə edilməli, ifraz olunmalıdır. Bütün bu parametrlərə cavab verməkdən əlavə, ən azı bir il çəkən və milyonlarla dollara başa gələn 1-ci, 2-ci və 3-cü mərhələlərin klinik sınaqlarından keçməlisiniz.

Digər dərmanlarla təcrübə göstərir ki, hər sonrakı mərhələdən keçmək üçün 90% şans var. Hər halda, bu, faydalı tapıntıdır. SARS-CoV-2-nin tədqiqatında nə qədər irəliləyiş olsa, bəşəriyyət yeni infeksiyaya nəzarət etmək qabiliyyətinə daha yaxın olacaq".

12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
08 May 2025 Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…
07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür

Xəbər lenti