|
Almaniya ABŞ-la bağlı yeni xarici siyasət strategiyası hazırlayıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas danışıb.
Maasın sözlərinə görə, yeni strategiyanın həyata keçirilməsi üçün ABŞ-da oktyabrın 3-dən etibarən başlayacaq Almaniya ilindən istifadə olunacaq.
“Artıq çoxdan transatlantik əməkdaşlığını ayıq başla, tənqidi və hətta özünü tənqid edəcək şəkildə yenidən qiymətləndirməyin vaxtı çatıb.
Nazirin sözlərinə görə, Vaşinqtonla yeni qarşılıqlı əlaqələrin təməlində balanslaşdırılmış əməkdaşlıq dayanacaq və alman xarici siyasətinin əsas məqsədi güclü və müstəqil Avropanın yaradılması olacaq.