|
Bu barədə Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan bildirib ki, son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 nəfər müvafiq orqanlara müraciət edib.
2017-2020-ci illərdə ümumilikdə 22 277 nəfər vətəndaşlıqdan imtina üçün dövlət qurumlarına müraciət edib. Onlardan 6 576 nəfəri 2018-ci ildə, 7 138 nəfəri 2019-cu ildə, 3 313 nəfəri isə 2020-ci ildə yazılı şəkildə ölkənin vətəndaşı olmaq istəmədiyini açıqlayıb.
Ermənistan ətəndaşlığından çıxmaq istəyənlərin ümumi sayı 4 165 nəfər təşkil edir. Bu isə vətəndaşlıq almaq istəyənlərin sayından 23 faiz çoxdur.
“News.am” agentliyi bu göstəricilərlə bağlı bunları qeyd edir:
"Nikol Paşinyan və onun komandasının üzvlərinin heç vaxt bu göstəricilər barədə danışmamaları diqət çəkir. “Məxməri inqilab”ın lideri son iki il yarım müddət ərzində vətəndaşların Ermənistana “görünməmiş axını” barədə müxtəlif göstəriciləri açıqlayıb. Rəqəmlər göstərir ki, Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq üçün müraciət edir, eyni zamanda on minlərlə insan Ermənistan vətəndaşlığından imtina edib".