Pompeonun qalmaqallı İsrail səfəri

ABŞ dövlət katibi Mayk Pompeo İsraildə rəsmi səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, Amerika rəsmisi Qərbi Qüdsdə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra münaqişə zonası hesab edilən Qərbi Şeriaya gedib.

O, İordan çayının qərb sahilində yerləşən Psaqot da daxil olmaqla bir çox yəhudi məskənlərini ziyarət edib. Bununla da, Pompeo Qərbi Şeriaya səfər edən ilk ABŞ rəsmisi olub.

Dövlət katibi Psaqotda “Pompeo” adlandırılan şərab evini də ziyarət edib.

İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Pompeonun Golan təpələrinə hərbi helikopterlə getdiyi, onu XİN rəhbəri Qabi Aşkenazinin müşayiət etdiyi qeyd edilib.

Dövlət katibi Prezident Donald Trampın İsrailin Golan təpələrinə sahibliyini tanıdığını açıqlayıb. O, Avropa rəsmilərinin torpaqların Suriyaya qaytarılması çağırışlarını qınayıb.

Pompeo Netanyahu ilə keçirdiyi ortaq mətbuat konfransında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını vurğulayıb:

“Ötən gecə Davud (Silvan) şəhərinə getdim. Bu gün isə Şərqi Qüdsdə Baş nazirlə görüşdüm. İsrail yəhudi xalqınının vətənidir. Qüds İsrailin paxtaxtı qəbul edildi. Səfirliyimizi Qüdsə köçürdük. Bu, doğru və ədalətlidir”.

Dövlət katibi bildirib ki, Amerika XİN uzun müddətdir bu yerlər haqqında yanlış fikirdə olub: "Bu gün isə əksinədir və doğru olduğuna əminik”.

Qeyd edək ki, Qərbi Şeriada  yaşayan 400 mindən çox yəhudi ilə fələstinlilər arasında mütamadi olaraq toqquşmalar yaranır.

 


 
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib

Xəbər lenti