Sözün bitdiyi yerdəyik. "Demokratiyanın beşiyi"ndə gələcəyin nifaq, nifrət və yalanları böyüyür. 44 günlük müharibə dövründə ermənipərəst mövqeyini dünyanın gözü önündə açıq şəkildə göstərən Fransa, adına ləkə olacaq bir addımın astanasındadır. Belə ki, ötən gün Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıdı. Bununla da Senat ölkə hökumətini "Dağlıq Qarabağ"ı tanımağa çağıran qərarı qəbul etmiş oldu. Senatın bu qərarının Milli Assambleya və Prezident üçün tövsiyə xarakteri daşımasına, yekun qərarı parlamentin yuxarı palatası olan Milli Assambleya və prezident Emmanuel Makronun verəcəyinə baxmayaraq, bu təşəbbüsün ümumi bir plan olduğu istisna edilmir. Sənədin səsverməsinə görə, 305 senator qətnamə layihəsinin lehinə, cəmi 1 nəfər əleyhinə səs verib. Çox da Fransa XİN-i Senatın bu qərarının Fransa hökumətinin siyasətini əks etdirmmədiyi barədə bəyanat yayıb.

Sentyabrın 27-dən başlayan II Qarabağ Müharibəsindən bəri Fransanın ermənilərdən daha çox erməni olmağa cəhd göstərdiyi gün kimi aydın idi. Noyabrın 10-da Ermənistanın kapitulyasiyasnın faktiki olaraq rəsmiləşdiyi məlum sənədlərdən sonra isə 30 illik ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri kimi yarıtmaz fəaliyyətinin ardından kənarda qaldığını anlayan Fransa prezidenti Emmanuel Makron beynəlxalq arenada da bitən siyasi nüfuzunu hədə-qorxu və təhdidlərlə bərpa etməyə can atır. Bu müddət ərzində erməni təəssübkeşliyini bir an da olsun dayandırmayan Fransadakı diplomatik mənbələrdən ilk olaraq Paris meriyasının qondarma "Dağlıq Qarabağı" tanımağa hazırlaşdığı barədə məlumatlar yayıldı. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunsa da bu prosesin Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünürdü. Heç istisna edilmir ki, Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşması Fransanın nəbz yoxlaması idi. Fransa kimi dövlətin qurumunun bu cür təşəbbüsü rəsmi Parisin mövqeyindən başqa bir şey ola bilməzdi.

Lakin Fransa Senatının ötən axşamkı yekdil qərarı daha utancvericidir. Bu, münaqişənin sülh yolu ilə həlli üçün illər öncə "Madrid prinsipləri"ni hazırlayan həmsədrlərdən biri kimi dünyanın insan hüquqları ilə əlaqədar ən son aktlarının qəbul edildiyi Fransa kimi bir dövlətin beynəlxalq hüquq normalarına hörmətsizliyidir. Düzü, 22 noyabrda Fransa Prezidenti Emmanuel Makronun erməni icması ilə Parsdə baş tutan görüşdə ermənilərə "Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən (Azərbaycan) istək yoxdursa, bu məsələyə qarışmayın" deyə bildirməsi onun birdən-birə mövqeyinin niyə dəyişdiyi barədə suallar yaratdı. Bu hadisədən cəmi 3 gün sonra daşlar öz yerinə oturdu.

Ötən gün Senatın qəbul etdiyi qərar qədər müzakirələr də qərəzliliyi ilə yadda qalıb. Məlum olub ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edən və Dağlıq Qarabağla bağlı ədalətli mövqe nümayiş etdirən senatorlar heç bu iclasa çağırılmayıblar, danışmaq istəyənlərə də söz şəraiti yaradılmayıb. Bunun səbəbi kimi isə güya yarana biləcək qarşıdurmanın qarşısını almaq məqsədilə bu addım atılıb. Senatda çıxış edən 12 senatorun 12-si də tamamilə qeyri-obyektiv mövqe sərgiləyiblər, hətta bəziləri millitarist çıxışları ilə yadda qalıblar. Hətta Stefan Ravyer adlı senator çıxışında bildirib ki, "Fransa QHT-ləri Ermənistanla daim əlaqədədirlər və Fransa vətəndaşları olan erməni əsilli gənclər hələ də Dağlıq Qarabağa gedib, "öz vətənlərini" qorumaq istəyirlər, onlara şərait yaradılmalıdır". Baxmayaraq ki, müharibənin aktiv fazası başa çatıb, tərəflər arasında razılıq da var, fransız senatorlar belə bəyanatla çıxış etməklə Fransanın beynəlxalq hüquq tanımadığını əməli fəaliyyəti ilə sübut ediblər. Hətta çıxışlar zamanı senatorlar tərəfindən tarixi təhriflərə də yol verilib və bildirilib ki, güya "1991-ci ildən bu region de-fakto müstəqildir, qondarma "Dağlıq Qarabağ" rejimi özünü müstəqil dövlət kimi təsdiq edib. Ona görə də bu qurumun tanınması vacibdir və diplomatik əlaqələrin yaradılması vacibdir". Senatın qəbul etdiyi məlum qərar və orada çıxış edən hər 12 senator bu cür qərəzli çıxışları ilə əslində Azərbaycan-Fransa münasibətlərinə zərbə vurmaqla yanaşı, eyni zamanda Fransanın Minsk Qrupunun həmsədri kimi bitərəf olmalı olduğu mövqeyinə və beynəlxalq aləmdəki imicinə böyük zərbə vurmuş olacaq.

Bu qərarın qəbul edilməsi heç kimə sirr deyil ki, erməni lobbisinin Fransadakı gücündən xəbər verir. Amma bu yeganə faktor deyil. Türkiyəyə, Azərbaycana qarşə qərəzli mövqe, müəyyən mənada türk düşmənçiliyi, islamofobiya meyillərini də orada görmək mümkündür. Qətanəmənin iki tərəfi - Azərbaycan və Ermənistan olmasına baxmayaraq bu qətnamədə Türkiyənin 6-7 dəfə adı çəkilir, münaqişə tərəfi olmasına baxmayaraq isə Azərbaycanın isə bir neçə dəfə. Əslində, bu fakt Fransa üçün bu qətnamənin Azərbaycan vasitəsi ilə Türkiyəyə təzyiq metodu olduğunu bir daha sübut edir. Türkiyənin Aralıq dənizindəki mövqeyinin güclənməsi, azad iqtisadi siyasət yürütməsi, eyni zamanda Qara dənizdə enerji yataqları kəşf etməsi böyük qıcığa səbəb olub və bu qətnamə ilə əslində Ermənistandan istifadə edərək Azərbaycana qarşı təcavüz siyasəti aparan Fransa bu yolla Türkiyədən də qisas almağa çalışır.

Fransanın bu qeyri-konstruktiv, heç bir beynəlxalq hüquqa sığmayan bu addımına baxanda, bir daha bizə aydın olur ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmış bir laboratoriya ölkəsidir və türk dünyasını parçalamaq üçün imperialist güclər tərəfindən yaradılıb. (milli.az)

29 Noyabr 2024 Rusiya kəşfiyyatı: Qərb Ukraynanı işğal etməyi planlaşdırır! 100 minlik ordu müdaxiləyə hazırdır
29 Noyabr 2024 Zelenskidən XALQA kritik SON DƏQİQƏ çağırışı: HAZIRLAŞIN, Putin BAŞLAYIR!
29 Noyabr 2024 Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib
29 Noyabr 2024 Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb?
29 Noyabr 2024 Putin: İrəvanın KTMT-ni Qarabağa görə ittihamı...
29 Noyabr 2024 İsveç və Polşa Rusiyaya qarşı müqavilə bağladılar
29 Noyabr 2024 Netanyahu orduya ƏMR ETDİ: "Genişmiqyaslı müharibəyə hazır olun"
29 Noyabr 2024 Bayden açıqladı: ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub
29 Noyabr 2024 Putin illər sonra Merkeldən üzr istədi: Lütfən bağışla!
28 Noyabr 2024 Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır
28 Noyabr 2024 İsrail Livanla bağlı qadağa xəritəsi yaydı- Atəşkəs və gərginlik...
28 Noyabr 2024 Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...
28 Noyabr 2024 Bu ölkə Netanyahunu həbs etməyəcək
28 Noyabr 2024 "İsrail və "Hizbullah" böyük oyuna qurban getdilər" - Ekspert
27 Noyabr 2024 Rusiyada Quranı yandıran şəxsə rekord cəza
27 Noyabr 2024 Baydenin Trampa qarşı 24 milyardlıq oyunu - Ukrayna üçün İLGİNC PLAN
27 Noyabr 2024 “G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
27 Noyabr 2024 Makron hökumətin süqutunu gözləyir
26 Noyabr 2024 TƏCİLİ! Bu ölkələr Rusiyaya qarşı birləşdi: Hərbi qüvvələr hərəkətə keçir… - ŞOK
26 Noyabr 2024 Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: Məktəb QADAĞASI

Xəbər lenti