“Məndən qaçsan da, səninlə evlənəcəyəm”- Makron

 
"Ölkə.Az” bu yazıda Fransa Prezidenti Emmanuel Makronun evliliyi  və həyat yolu haqqında bilmədiklərinizi diqqətinizə çatdıracaq. Əvvəla ondna başlayaq ki, məhz arvadı Makrona necə dəbdəbəli həyat yaşamağı və vergidən necə ustalıqla yayınmağın yolunu öyrədib. 


 
Makron milyonları necə mənimsəyir?

Makron  tarixə varlı prezident kimi  düşəcək.  Çünki onun arvadı Bricit Makrona vergidən yayınmaqla necə milyonlara sahib olmağın yolunu göstərib. Belə ki, Makron bu adı dövlətin həmrəylik vergisini bahalı daşınmaz əmlak vergisi ilə əvəzlədiyinə və bununla da səhmləri, istiqrazlarını və digər qiymətli kağızları vergidən kənarlaşdırdığına görə alıb.
Makronun dəbdəbəli həyatından yazan Fransa mediasında bildirilir ki,  təkcə 2017-ci ilin avqustunda 3 ay ərzində Makron şəxsi vizajistinə  26 min avro ödəyib. Bu pul ancaq onun üzünün makiyaj olunmasına sərf olunub. Bundan əlavə olaraq o, 40 illik yubileyini ailəsi ilə birlikdə Fransanın cənubunda yerləşən dəbdəbəli Şambor qəsrində keçirib.

Makron dəbdəbəli həyat tərzini necə öyrəndi?

Bir az öncə qeyd etdiyimiz kimi belə həyat tərzi sürməyi ona həyat yoldaşı Bricit öyrədib. Bricit özü  milyonçu olan tanınmış qənnadçı,  Amiens konditer bişirən bir ailədə dünyaya gəlib. O,  hələ uşaq yaşlarından  dəbdəbəli həyat sürməyə öyrənib.
Birinci ledi hər zaman  "Louis Vuitton" brendini sevib  və  art-direktor Nikol Qeskerin  hazırladığı libasları geyib. Onun qarderobundan  eyni zamanda  klassik Balmain, Courreges və Dior brendlərinin əşyalarını və geyimlərini tapmaq olar.
67 yaşlı Bricit qısa ətək geyinməyə utanmır və bu, hər zaman onun qarderobunda əsas geyimlərdən biri hesab olunur. Bricit Emmanuel Makronun andiçmə mərasimində Louis Vuitton brendindən olan  açıq mavi rəngli qısa kostyumda  qatılmışdı.  O həmçinin öz bədən formasını nümayiş etdirmək üçün daha çox  ağ rəngli  don geyinməyi sevir.

Sevgi tarixçəsi...

Makron  ali məktəbdə oxuyarkən  Bricit Tronyenin tələbəsi olub. Onlar teatr dərnəyində birgə pyeslər ifa ediblər. Gənc oğlan özündən 24 yaş böyük olan xanımı sevməyi qəbahət  hesab etməyib.  Deyilənə görə, Makron 17 yaş partisində Bricitə öz ürəyini açıb: “Nə edirsən et, amma məndən qaçsan da, səninlə evlənəcəyəm”.
Hansı ki, o zaman madam Tronye başqa birisi ilə ailəli olub və 3 övladı olub. Düzdür, ilk zamanlarda Bricit  Emmanuelin  bu sözlərinə gülərək, məsxərəyə qoyub.

Öz gələcək həyat yoldaşı haqqında  erotik roman yazan Makron

Makron 1993-cü ildə öz müəlliməsi haqqında 300 səhifəlik erotik roman yazır. Gənc oğlana  romanın mətnini yığmağı qonşu qızdan xahiş edir. Romanda Makron Bricitə olan hisslərini  ifadə edib. Romanın əlyazması onu yığan qadında  hələ də qalmaqdadır.
Nəticədə Bricit öz ərindən boşanaraq Makronla yaşamağa başlayır.Onlar ancaq 2007-ci ildə nikaha girirlər. Nikah mərasimi  Bricitin  kurort şəhəri olan Le-Tukedə dəbdəbəli villasında yaxınlarının iştirakı ilə keçirilir. “Hər şeyə baxmadan biz  bir yerdə idik. Tezliklə mənim həyatımda onun övladları, həyat yoldaşları, bizim  nəvələrimiz peyda oldu. Bizim ailəmiz həyatımın təməlidir”- Makron bu fikirləri özünün “İnqilab” kitabında yazır.

13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə

Xəbər lenti