|
Qafqazinfo xəbər verir ki, bu barədə müvafiq qərar Xorvatiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Əcnəbilərin ölkəyə gəlişi müvəqqəti olaraq məhdudlaşdırılıb və dekabrın 15-dək qərar qüvvədə olacaq. Müvafiq qərar ölkədə koronavirusa yoluxmada artımın müşahidə edilməsi fonunda verilib. Bundan əvvəl xarici vətəndaşların COVİD test nəticələri ilə bağlı arayışla ölkəyə giriş-çıxışına icazə verilirdi.
Qərar ölkədən tranzit məqsədilə istifadə edən və 12 saatdan çox olmayaraq qalacaq şəxslərə aid edilmir.