|
Rusiya və Qərb arasında böyük müharibə baş verə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın "Forbes" və "The Times" nəşrlərində məqalə yer alıb.
Qeyd olunub ki, Soyuq müharibə dövründən bəri Rusiya ilə Qərb arasında münasibətlər ən pis səviyyəyə düşüb. Beynəlxalq diplomatlar və siyasətçilər ölkələrin daha diqqətli olması barədə xəbərdarlıq etməyə başlayıblar.
Həmçinin, beynəlxalq müqavilələrin əvvəlki kimi effekt vermədiyi vurğulanıb.