|
“Ölkə.Az” “news.am”a istinadən xəbər verir ki, bu gün müxalif Daşnaksütun Partiyasından olan aksiya iştirakçıları Paşinyanın da oturduğu hökumət binasını basmağa çalışıblar. Onlar müxtəlif şüarlar səsləndirərək Nikol Paşinyanı Azərbaycana işləməkdə suçlayıblar.
"Nikol, sən türklərin maraqlarının xidmətçisisən. Satqın Nikol, rədd ol!", - deyə etirazçılar meqafonla qışqırıblar. Daha sonra onların qarşısı alınıb və hökumət binasına daxil olmaq cəhdləri baş tutmayıb.
Həmçinin N.Paşinyanın olduğu avtomobilə yumurta atılıb.