|
Bu barədə "Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə “Barış pınarı” əməliyyatının keçirildiyi ərazidə baş verib. Suriya-Rəsulayn Haseke-2 nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitəsi partladılıb. Nəticədə 2 türk jandarmı şəhid olub, 8 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.