Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Azərbaycanın Pakistandakı səfirliyində də anılıb.

Diplomatik nümayəndəlikdən "Ölkə.Az"a verilən məlumata görə, tədbirdə ilk öncə ulu öndərin büstü önünə gül dəstəsi qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək ölkəmizin dövlətçiliyinin qorunub-saxlanmasında və müstəqilliyin gücləndirilməsində, milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, siyasi və iqtisadi nailiyyətlərin əldə olunmasında, Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu və xalqımız qarşısındakı unudulmaz xidmətləri haqqında məlumat verib.

Səfir ulu öndər Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi davamlı səy və xidmətlərini də xüsusi vurğulayaraq, məhz onun müdrik siyasəti, təcrübəsi və 1994-cü ildə atəşkəs anlaşmasını imzalaması nəticəsində Azərbaycanın digər torpaqlarının işğalının və müstəqilliyinin itirilməsinin qarşısının alındığını, atəşkəsdən sonra güclü dövlət və ordu quruculuğuna başlandığını və bu müdrik siyasəti uğurla davam etdirən ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən ağrılı problemlərindən biri olan Dağlıq Qarabağ məsələsinin də həll olunduğunu, əzəli Azərbaycan torpaqlarının işğaldan azad edildiyini və Azərbaycanın Vətən müharibəsində qələbə qazandığını bildirib.

Səfir builki anım ilinin xüsusi dövrə təsadüf etdiyini, ulu ondər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüynün təmin olunması arzusunun reallaşdığını və onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti