Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın S-400 silahlarının alışıyla əlaqədar rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməsi ilə bağlı bəyanat yayıb.

Oxu.az xəbər verir ki, bəyanatda qeyd edilir:

“S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiqetmə qərarını qınayırıq və rədd edirik.

Türkiyəni S 400-ləri almağa sövq edən səbəbi hamı çox yaxşı bilir. Hətta, Prezident Donald Tramp özü də Türkiyənin bu barədə haqlılığı mövzusunda bir neçə dəfə çıxış edib.

Digər tərəfdən, ABŞ S-400-lərin NATO sistemləri üçün zəiflik yaradacağını iddia edir və bunun da texniki əsası yoxdur. Türkiyə bu mövzuda NATO-nun da qatılacağı texniki işçi qrupunun yaradılmasını, məsələnin siyasi tərəfkeşliyindən uzaqlaşma yollarının obyektiv və realist əsaslarla həll olunmasını dəfələrlə təklif edib.

Bu baxımdan, ABŞ-ın iki müttəfiqə yaraşacaq bir şəkildə dialoq və diplomatiya yolu ilə məsələni həll etmək təklifimizi qəbul etməməsi və birtərəfli sanksiyalara əl atması düşüncəsiz hərəkətdir.

Türkiyə əlaqələrimizin mənfi təsirlənməsinin qaçılmaz olduğu bu qərara qarşı lazımi addımları atacaq.

Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazımlı hesab etdiyi tədbirlərdən çəkinməyəcək”.

Bildirilir ki, Ankara bu əsasla Vaşinqtonu ədalətsiz sanksiyaları yenidən nəzərdən keçirməyə və səhvləri ən qısa müddətdə düzəltməyə dəvət edir.

Türkiyənin məsələnin ittifaq ruhuna uyğun olaraq, dialoq və diplomatiya yolu ilə həllinə hazır olduğu vurğulanır.

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti