|
Türkiyənin texnologiya şirkəti Titra Teknoloji A.Ş., hərbi və mülki ehtiyaclarını ödəmək üçün yüksək yük daşıma, uçuş vaxtı və uçuş məsafəsinə sahib hava nəqliyyat vasitəsi əldə etmək üçün bir helikopteri pilotsuzlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, 190 kiloqrama qədər iki nəfəri daşıya bilən və 3 saata qədər havada qala bilən bir platforma şirkət tərəfindən alınaraq Belarus mühəndislik şirkəti ilə əməkdaşlıq çərçivəsində transformasiya prosesi başladılıb.
Helikopter üzərində edilən müxtəlif modifikasiyalar nəticəsində uçuş məsafəsi 840 kilometr, uçuş hündürlüyü 5 min metr, havada qalma müddəti 7 saat və yük daşıma qabiliyyəti isə 160 kiloqrama qədər artırılıb.
Nəqliyyat vasitəsi mülki sahədə, fövqəladə hallarda baza stansiyasında və s. daşınma məqsədləri üçün, hərbi sahədə isə sursatların çatdırılması, təchizatı və s. məqsədlər üçün istifadə edilə bilər.
Alpin pilotsuz helikopterinin 2021-ci ilin sonuna qədər kütləvi istehsala hazır olması gözlənilir.