error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?

Söküntü aparılan ərazilərdə kompensasiya məsələsi insanların həyatını və mülkiyyət hüquqlarını qorumaq baxımından çox vacibdir. Bu proses mülkiyyət sahiblərinin hüquqlarının təmin edilməsi, onların maddi və mənəvi zərərlərinin ödənməsi və eyni zamanda, ictimai maraqların nəzərə alınması üçün tənzimlənir.

Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalı, hansı amillər nəzərə alınmalıdır? Oxu.Az mövzunu ekspertlərlə araşdırıb.

Tikinti sahəsi üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında bildirib ki, söküntü üzrə qaydaya əsasən, tikintini aparan şirkət sökülməli olan obyektin yerləşdiyi ərazi mərkəz olmaqla, onun sahibinə 500 metr radiusda analoji obyekt təklif etməlidir.

"Yəni tikintini aparan şirkət söküntü sahibini ya ən azı həmin səviyyədə olan bir obyektlə təmin etməli, ya da həmin obyektin bugünkü bazar dəyərində pul ödənişi etməlidir və üstəgəl, narahatlığa görə də əlavə ödəniş etməlidir. Əgər tərəflər arasında razılıq əldə olunursa, o zaman şirkət həmin tikilən binada və yaxud da qeyd etdiyim kimi, 500 metr radiusda mülkiyyətçiyə uyğun mənzil sahəsi təklif edə bilər", - deyə ekspert bildirib.

Hüquqşünas Xəyal Bəşirov isə açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, bu məsələlər qarşılıqlı razılaşma əsasında həll olunur və bazar qiyməti əsas götürülür:

"Bir ərazidə çox sayda insanın evləri sökülərsə, təbii ki, onlardan narazı qalanlar da olacaq. Bu narazılıqlar ən çox qiymətlərlə əlaqəlidir. Bəs bu qiymətlər nə ilə bağlıdır? Əslində, Bakıda tikinti işlərinin başladığı dövrdən bu günə qədər hər kvadratmetr üçün təxminən 1 500 - 2 000 manat civarında kompensasiya hesablanır. Təbii ki, uzun illər ərzindəki qiymət dəyişiklikləri, inflyasiya və digər iqtisadi proseslərin fonunda bu qiymət hazırda o qədər də ədalətli hesab edilə bilməz.

Nəzərə alaq ki, bu söküntülər yalnız dövlət qurumları tərəfindən həyata keçirilmir. Dövlət əhəmiyyətli strateji obyektlərin tikilməsi, yolların çəkilməsi, parkların salınması kimi layihələrlə paralel olaraq, həm də ayrı-ayrı şirkətlər tərəfindən tikinti işləri həyata keçirilir ki, onlar da eyni qiymətləri əsas götürməyə çalışırlar. Düzdür, bəzi ərazilərdə, məcburən də olsa, vətəndaşların narazılığı nəzərə alınır".

Hüquqşünas qeyd edib ki, qanunvericiliyinə əsasən, bu məsələlərin qarşılıqlı razılaşma əsasında həll olunması və bazar qiymətinin əsas götürülməsi yanaşması artıq uzun illərdir ki, ənənəvi şəkildə tətbiq edilir.

"Yəni baxmayaraq ki, 10-15 il əvvəl tikilən binaların bir kvadratmetrinin qiyməti ilə indiki dövrdə tikilən binaların qiyməti dəfələrlə fərqlənir, hazırda söküntü zamanı vətəndaşlara illər əvvəl tətbiq edilən kompensasiya qiymətləri təklif olunur. Təbii ki, burada vətəndaşların narazılığı mümkündür.

Dövlət əhəmiyyətli obyektlərin tikintisi, strateji layihələr və digər dövlət əhəmiyyətli tədbirləri kənara qoysaq, hansısa şirkətlər tərəfindən tikilən binaların kompensasiyası ilə bağlı vətəndaşlar razılaşmaya bilərlər. Bu halda məsələnin mübahisələndirilməsi və məhkəməyə verilməsi mümkündür. Məhkəmədə məsələnin həlli tapılmalıdır. Amma vətəndaşlar onu da nəzərə almalıdırlar ki, 1 kv.m üçün 1 500-2 000 manatlıq kompensasiya ilə razılaşmamaq onların hüququdur və onlar bu kompensasiya məbləğlərini mübahisələndirə bilərlər. Əgər vətəndaşlar təkliflə razılaşmırlarsa, məhkəmə müstəvisində məsələnin həlli təmin edilməli və vətəndaşların maraqları təmin olunmalıdır", - deyə hüquqşünas bildirib.

19 APRIL 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 APRIL 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 APRIL 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 APRIL 2025 Sabah 22 dərəcə isti oIacaq
18 APRIL 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 APRIL 2025 Hikmət Mirzəyevə ağır itki
18 APRIL 2025 Xankəndinin Baş planı hazırlanır
18 APRIL 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 APRIL 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 APRIL 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 APRIL 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 APRIL 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 APRIL 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 APRIL 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 APRIL 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 APRIL 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 APRIL 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 APRIL 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 APRIL 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 APRIL 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti