|
Bu gün Ermənistanda etirazçılar Nazirlər Kabinetinin binasına giriş-çıxışı bloklamağa cəhd göstərəcəklər.
“Report xəbər verir ki, bu barədə “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyan bildirib.
O, qeyd edib ki, Nazirlər Kabinetinin bu günə planlaşdırılmış iclası Paşinyan hakimiyyətinin sonuncu toplantısı olmalıdır. Qeqam Manukyan bütün etirazçılara müraciət edərək, bu gün saat 10-da Nazirlər Kabinetinin binasını hər tərəfdən bloklamağa çağırıb. “Kim istəyirsə, binanı daha tez bloklasın ki, üzvlər ora girib-çıxa bilməsinlər. Onların iclası çoxdandır bir qəpiyə dəymir”, - Manukyan tərəfdarlarına müraciətində deyib