Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşma noyabrın 10-da əldə edildi. Müharibədən sonra atəşkəs davamlı görünür. Ermənistan sərhədini bir santimetr belə keçməyən Azərbaycan bütün hərbi əməliyyatları öz ərazisində həyata keçirərək, yeddi rayon, eləcə də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri də daxil olmaqla 30 ilə yaxın idi ermənilərin işğalı altında olan ərazilərini azad etdi. Bu rayonlardan üçü - Ağdam, Kəlbəcər və Laçın razılaşmaya əsasən ermənilər tərəfindən geri qaytarıldı.

 AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Agoravox” portalında dərc olunmuş “Azərbaycan və Ermənistan üçün sülh” adlı məqalədə yer alıb.

Alən Rumestanın müəllifi olduğu məqalədə deyilir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və sülhün təminatçısı olan beynəlxalq hüquqa əsasən Ermənistanın işğal etdiyi ərazilərdən dərhal çıxmasını tələb edirdi. Ən azı 800 min azərbaycanlı 30 ilə yaxındır öz ölkələrində didərgin düşmüş, işğal altında olan torpaqlarını tərk edərək, ölkənin digər rayonlarına və paytaxt Bakıya getmək məcburiyyətində qalmışlar. Bu gün onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər.

Məqalədə qeyd edilir ki, belə bir vəziyyətdə Fransada əsl “müharibə qızışdırıcısı” kampaniyasının aparılması vəziyyəti pisləşdirə bilər. Bu müharibə qızışdırıcıları münaqişənin yenidən başlayacağına ümid edirlərmi? Halbuki münaqişə hər iki tərəfdən çox sayda qurbanlara səbəb oldu. Hətta Fransada bəziləri bu qızışdırıcı kampaniyada din amilindən də istifadə edib, İslama qarşı kəskin fikirlər səsləndiriblər. Halbuki Ermənistan və Azərbaycan arasında baş verənlərin dini qarşıdurma ilə heç bir əlaqəsi yoxdur.

Müəllif münaqişədən xəbəri olmayan bəzilərinin gülünc iddialar səsləndirməkdən də çəkinmədiklərini bildirir. Qeyd edir ki, həmin adamların ortaq cəhəti münaqişə ilə bağlı yanlış məlumatlara malik olmaları, reallıqdan uzaq olmaları və ən əsası, tərəflərdən birinin mövqeyini görməzlikdən gəlmələridir. Ancaq daha təhlükəsi isə nifrət kontekstində fikirlər səsləndirmələridir.

Müəllif Fransa Senatının “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qətnaməsinə də toxunaraq dünyada ilk dəfə olaraq belə bir addımın atıldığını, 30 ildə heç bir dövlətin bu “respublika”nı tanımadığını diqqətə çatdırır.
Məqalədə vurğulanır ki, Azərbaycan dünyəvi ölkədir, burada müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə, qarşılıqlı hörmət əsasında tam harmoniyada yaşayırlar. Azərbaycandakı baş ravvin İsveçrənin bir qəzetində yazır ki, bu ölkədə sinaqoqlar, kilsələr, məscidlər yan-yana düzülüb və mükəmməl vəziyyətdə saxlanılır. Küçədə istədiyimiz geyimlə gəzirik, dinimizə, etiqadımıza uyğun hərəkət edirik. Azərbaycan Şərqdə ilk dünyəvi respublikadır, 1918-ci ildə qadınlara ilk dəfə səsvermə hüququ verilib. Fransada isə bu hüquq 1945-ci ildən başlayır. Azərbaycanda qadınlar sahibkar, mühəndis, siyasətçi kimi fəaliyyət göstərirlər.
Müəllif, həmçinin Fransanın Orn departamentində X və XII əsrlərə aid yeddi kilsənin, Strasburq katedralının, Vatikandakı Müqəddəs Pyotr bazilikasının, Romadakı Müqəddəs Sebastian katakombalarının bərpasının maliyyələşdirilməsində Azərbaycanın rolunu qeyd edir. Bildirir ki, Roma papaları II İohan Pavel və Fransisk tolerantlıq baxımından nümunəvi ölkə olan Azərbaycana səfər edib, buradakı dini tolerantlığı təqdir ediblər. Turistlər Bakının mərkəzində bərpa edilmiş erməni kilsəsini ziyarət edə bilərlər. Üstəlik, minlərlə erməninin Azərbaycanda mehriban şəraitdə yaşadığını da qeyd etmək lazımdır. Bakıda dünyanın hər yerindən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən Ümumdünya Mədəniyyətlərarası və Dinlərarası Dialoq forumları keçirilir.

Məqalədə qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Fransada saxta xəbərlər yayıldı. Yanlış olaraq guya Azərbaycanın xristian sivilizasiyasının izlərini məhv etmək istədiyi bildirildi. Fransa ədalətli vasitəçi, Minsk qrupunun həmsədri kimi nüfuzunu itirdi və Azərbaycanda ictimaiyyət Fransanın Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etdi. Fransız deputatların qətnaməsi Azərbaycanda böyük narazılıqla qarşılandı və onların bu cür addımlarının bölgədə sülh və təhlükəsizliyə qarşı olduğu bildirildi.

Məqalədə deyilir ki, haradan gəlməsindən asılı olmayaraq, bütün nifrət çıxışlarının nəticələri çox pis olur, bu, ermənilərin və azərbaycanlıların keçmişdə olduğu kimi birlikdə yaşamaq imkanlarına da mane olur. Fransada olan qərəzlilik isə nifrəti yenidən canlandırmağa xidmət edir. Bu, çox təhlükəlidir.

29 Noyabr 2024 Rusiya kəşfiyyatı: Qərb Ukraynanı işğal etməyi planlaşdırır! 100 minlik ordu müdaxiləyə hazırdır
29 Noyabr 2024 Zelenskidən XALQA kritik SON DƏQİQƏ çağırışı: HAZIRLAŞIN, Putin BAŞLAYIR!
29 Noyabr 2024 Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib
29 Noyabr 2024 Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb?
29 Noyabr 2024 Putin: İrəvanın KTMT-ni Qarabağa görə ittihamı...
29 Noyabr 2024 İsveç və Polşa Rusiyaya qarşı müqavilə bağladılar
29 Noyabr 2024 Netanyahu orduya ƏMR ETDİ: "Genişmiqyaslı müharibəyə hazır olun"
29 Noyabr 2024 Bayden açıqladı: ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub
29 Noyabr 2024 Putin illər sonra Merkeldən üzr istədi: Lütfən bağışla!
28 Noyabr 2024 Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır
28 Noyabr 2024 İsrail Livanla bağlı qadağa xəritəsi yaydı- Atəşkəs və gərginlik...
28 Noyabr 2024 Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...
28 Noyabr 2024 Bu ölkə Netanyahunu həbs etməyəcək
28 Noyabr 2024 "İsrail və "Hizbullah" böyük oyuna qurban getdilər" - Ekspert
27 Noyabr 2024 Rusiyada Quranı yandıran şəxsə rekord cəza
27 Noyabr 2024 Baydenin Trampa qarşı 24 milyardlıq oyunu - Ukrayna üçün İLGİNC PLAN
27 Noyabr 2024 “G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
27 Noyabr 2024 Makron hökumətin süqutunu gözləyir
26 Noyabr 2024 TƏCİLİ! Bu ölkələr Rusiyaya qarşı birləşdi: Hərbi qüvvələr hərəkətə keçir… - ŞOK
26 Noyabr 2024 Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: Məktəb QADAĞASI

Xəbər lenti