|
İranda zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, tektonik sınma Xuzistan əyalətində baş verib.
Bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, ötən gecə 4 bal gücündə olan zəlzələ sözügedən əyalətin Hafkel rayonunda olub.
Zəlzələnin 14 kilometr dərinlikdə baş verdiyi bildirilsə də, can və mal itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, ötən gün Türkiyənin Muğla bölgəsində də zəlzələ olmuşdu.