|
Çili prezidenti Sebastyan Pinyera və həyat yoldaşı koronavirusa yoluxmuş insanla ünsiyyət saxladığını bildikdən sonra karantinə gediblər.
“Report” xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, həm prezident, həm də birinci xanım mövcud sanitariya qaydalarına uyğun olaraq məsafədən işləyəcəklər. Bildirilib ki, koronavirus prezidentin evində işləyən xanımda aşkar edilib.
Hadisə ilə bağlı Argentina prezidenti Alberto Fernandezin gələn həftəyə planlaşdırılan Çiliyə ilk rəsmi səfəri ləğv edilib.