|
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri cümə axşamı Çinin mərkəzi Xubey əyalətinin inzibati mərkəzi olan Uhana gediblər.
Bu barədə CGTN telekanalının tvitter sosial şəbəkəsində səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.
"Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu koronavirusun yaranması səbəblərinin müəyyənləşdirilməsi Mərkəzi Çinin Uhan şəhərinə gəldi. Mütəxəssislər işə başlamazdan əvvəl karantinə yerləşdiriləcək", - xəbərdə bildirilir.
Daha əvvəl bildirilirdi ki, Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranmasını araşdıran komissiyasının əməkdaşlarını ölkəyə buraxmayıb. Komissiya üzvlərinin səfərdə məqsədi koronavirusun yayıldığı iddia edilən Çinin Uhan şəhərində virusun meydana gəlmə səbəbini araşdırmaq olub.
Çin hakimiyyəti ÜST-nin nümayəndələrinin səfərinə hələ dekabrın ortalarında razılıq vermişdi.
Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.