|
Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin prezident seçkisində iştirak etmək istəməməsi yanlış qərardır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasından olan deputat Roman Qoçiridze deyib. Onun sözlərinə görə, Marqvelaşvilinin seçkidən imtina etməsinə səbəb Bidzina İvanişvilinin təzyiqləri olub:
“Prezident yanlış qərar verdi. O, ölkənin siyasi həyatında müstəqil namizəd kimi fəaliyyətini davam etdirə və ya öz siyasi komandasını yarada bilərdi. Seçkidə Marqvelaşvilinin iştirak etməməsinə təsir edən əsas faktorlardan biri də Bidzina İvanişvili ola bilər. Deməzdim ki, Marqvelaşvili İvanişvilidən qorxub, amma təzyiqlərin ağır olması da faktdır”.
Qeyd edək ki, Gürcüstanda prezident seçkisi 2018-ci ilin 28 oktyabrında keçiriləcək. Marqvelaşvilinin ikinci dəfə prezidentliyə namizədliyini vermək şansı olsa da, o, bundan imtina edib.