|
Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya səfər edəcəyinin anonsunu verib.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
“Yaxın zamanlarda Moskvaya səfərim gözlənilir. Səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Bu, bizim üçüncü görüşümüz olacaq”, - deyə Paşinyan bildirib.
Erməni KİV-i görüşün 8 sentyabrda ola biləcəyini yazıb.