![]() |
|
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Xankəndi şəhərinə səfər edib.
Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.
Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış etməkdir.
Bununla yanaşı, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında sözügedən səfərdən görüntülər paylaşıb.
Onun sözlərinə görə, Xankəndinin azad edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.