|
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Moskvaya səfər edəcək.
Onun prezident Putinlə görüşü planlaşdırılır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bunu Facebook səhifəsindəki canlı yayımda bildirib.
Ermənistanın baş naziri deyib ki, bu, onun Rusiyaya ikinci səfəri olacaq.
“Biz çoxlu məsələləri müzakirə edəcəyik. Mən demirəm ki, bütün məsələlər həllini tapıb. Ancaq əməkdaşlığımız davam edir və mən əminəm ki, təbii axarı ilə davam edəcək” -Paşinyan əlavə edib.