Supergüclərin şok planı: COVID-19 süni yolla yaradılıb? – RƏY


"Koronavirus infeksiyasının xaricdən Uhana dondurulmuş yemək paketləri ilə gətirilməsi mümkündür”.

Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin mütəxəssisləri bu qənaətə gəliblər. Mərkəzin sözçüsü Ma Huilainin sözlərinə görə, epidemioloji araşdırmalar zamanı məlum olub ki, virus Çinə digər ölkələrdən və ya bölgələrdən buzlaşdırılmış şəkildə nəql olunub.

Maraqlıdır, Çinin indiyədək təbii olduğunu iddia etdiyi virus süni yolla yaradılıb?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, artıq xəstəliklərin süni və ya məqsədyönlü yaradılması dünya mediasında yer alır:

"Vaxtilə kim deyə bilərdi ki, insanlar xəstəlik törədicilərin harada yaradılması haqqında fikirləşəcək? Xatırlayıram ki, bir neçə ay bundan öncə Çin belə bir məlumat yaymışdı ki, xəstəlik törədicilər qida maddələrinin tərkibində Rusiyadan Çinə göndərilib.Ola bilər ki, həqiqətən də Rusiyadan göndərilmiş olsun. Lakin haradan, niyə göndərilib məlum deyil. Bunlar hamısı ölkələrin bir-birinə təzyiq vasitələridir. Artıq xəstəliklər də bir təzyiq vasitəsidir. Xəstəliklər, dərman sənayesi mübarizədə vasitəsinə çevrilib. İqtisadiyyat bu gün dünyaya bioloji silahdan da güclü vasitə kimi təsir edir. Belə bir fikir var, pulun ağası ol, amma qulu olma.

Dünyanı bu gün idarə edənlər pulun qullarıdır. Digər tərəfdən dünyada üçbucaqlı yarış gedir. ABŞ, Rusiya və Çin arasında xəstəlikləri də təzyiq vasitəsi olaraq seçilən mübarizə gedir. Bilərəkdən, yaxud da bilməyərəkdən bu cür xəstəliklər yaradılır.Sovet dövründə Stalin əmr vermişdi ki, xəstəliklərdən bioloji silah kimi istifadə edilməsi üçün laboratoriya açılmışdı. İndi isə bioloji silahlar çoxdur. Qida vasitələri, xaricdən gətirilən məhsullar bioloji silahlardır. Ona görə də yeganə yol su, qida məhsulları yerli olmalıdır. Az yeyək, amma təbii qidalarımızı yeyək. Virus təbii də, süni yollarla da yaradıla bilər. Hər ikisi insanların ekoloji mühiti pozmasının səbəbidir".
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti