Moskvada Paşinyan Putinlə, Şeyx Allahşükür Paşazadə II Qareginlə görüşəcək: hər iki görüşün gündəmi regional münasibətlərin qurulmasıdır.

Putin Soçidə Ərdoğanla Cənubi Qafqazın gələcəyini birgə inşa etmək üzərində razılaşdı: “altılıq platforması”nın (bu, hətta “dördlük formatı”nda belə olsa – Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan – həyata keçirməyə çalışacaqlar) qurulması, kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması və s.

Soçi görüşündən sonra Paşinyanın Moskvaya səfəri məhz razılaşmanın icrası ilə bağlı müzakirələrin aparılmasına hesablanıb.

1. Ermənistanın əməkdaşlıq platformasına qoşulması;

2. Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaların bərpasının icra mərhələsinə keçilməsi;

3. Ankara-İrəvan münasibətlərinin normallaşmasında Moskvanın rol oynaması.

Putinin Paşinyanla bu məsələlər üzərində müzakirə aparacağı və bunun qərarların verilməsinə təsir edəcəyi istisna deyil.

Lakin Ankara və Moskvanın Qafqaz planının - əməkdaşlıq platformasının yaradılması – gerçəkləşməsi üçün Azərbaycan və Ermənistan arasındakı məsələlərin həlli qaçılmazdır:

- Humanitar məsələlərin həlli: ermənilərin qaytarılması, mina xəritələrinin verilməsi və s;

- Sərhədlərin delimitasiyası və demarkasiya prosesinin yekunlaşması;

- Sülh müqaviləsinin imzalanması.

Bakının mövqeyi bəllidir, Ərdoğan-Putin görüşündə Azərbaycan məsələsinin ayrıca müzakirə edilməsi də Əliyevin şərtlərinin Putinə çatdırıldığı fikrini önə çıxarır.

Putin-Paşinyan görüşünün gündəmində sülh sazişinə hazırlıq əsas maddələrdən biri ola bilər: bura Moskvada Əliyev-Putin-Paşinyan üçtərəfli görüşünün zamanının və gündəliyinin razılaşdırılması da daxildir.

İranın Ermənistan üzərindən Qafqaz planına qarşı addımları da prosesin sürətləndirilməsini şərtləndirir. Bunun fonunda Putinin Soçi razılaşmasının icrasını Paşinyana izah edəcəyini deyə bilərik.

Putin-Paşinyan görüşündən bir gün sonra – 13 oktyabrda Şeyx Allahşükür Paşazadənin Moskvada Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə ermənilərin katolikosu II Qareginlə görüşəcəyi təsadüfi deyil.

Şeyxin Qareginlə görüşünün ruslar tərəfindən təşkili iki kontekstdə diqqət çəkir:

Birincisi, Vatikanın prosesə müdaxiləsinə qarşı hərəkətə keçmək: Qaregin ötən həftə Roma Papası Fransisklə görüşdü və ondan Qarabağ məsələsində dəstək istədi; Moskva Kirilli vasitəçi edərək, dini liderlərin görüşünü təşkil etməklə Vatikanın bölgədə iştirakını məhdudlaşdırır; Moskva üçün bunu şərtləndirən amil Vatikan və Rusiyanın erməni qriqorian kilsəsini ələ almaq uğrunda apardıqları mübarizədir;

İkincisi, ruslar xalqları sülh sazişinə hazırlamaq prosesini də Qərbin əlinə buraxmaq istəmir və məhz dini liderlər üzərindən daha effektli ola biləcək gediş edirlər.

Şeyxin Moskvada Qareginlə görüşə getməsi detalı Putin-Paşinyan görüşündə Azərbaycan-Ermənistan sülh sazişinin gündəmin ana maddələrindən biri olacağı ehtimalını daha da gücləndirir.

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti