Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Amerika lideri Co Bayden ABŞ Konqresinin üzvlərini Ankaraya yeni F-16 təyyarələri almaqla bağlı razılaşmanı təsdiq etməyə kömək edəcəyinə söz verib.

“Cənab Baydenlə səmimi və konstruktiv görüşümüz oldu. Görüşdə Mövlud bəy, İbrahim bəy və Hakan bəy yanımda idi. Onu xarici işlər naziri, təhlükəsizlik və kəşfiyyata məsul şəxslər müşayiət ediblər. Biz görüşü çox müsbət atmosferdə davam etdirdik”.

Ntv xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan Baydenlə görüşünün  yekunu barədə danışarkən deyib.

Ərdoğan ümid edir ki, iqtisadiyyatda ikitərəfli ticarət həcmində 100 milyard dollarlıq hədəflərinə çatacaqlar. 

“Təbii ki, bizim NATO müttəfiqliyi və strateji tərəfdaşlıq kontekstində atılacaq addımlarla bağlı məsləhətləşmələr aparmaq imkanımız oldu. Hər şeydən əvvəl, əlbəttə ki, bizim bu F-35 məsələmiz var. Bildiyiniz kimi, bizim 1 milyard 400 milyon dollar ödənişimiz var. Bununla bağlı biz F-16-ların tədarükü ilə bağlı danışıqlar apardıq”, - Ərdoğan qeyd edib.

Ərdoğan əlavə edib ki,  müdafiə nazirləri bir-biri ilə görüşəcəkləri üçün iki ölkə arasında münasibətlərə aid bu məsələni xarici işlər nazirləri görüşərək yekunlaşdıracağına ümid edir.

“Görüşdə Bayden dedi ki, "ola bilsin tezliklə nəticələr əldə etməyək. Bilirsiniz ki, qərar  iki fərqli instansiyadan - Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edilməlidir. Bildiyiniz kimi, vəziyyət 50/50-dir, amma əlimdən gələni edəcəyəm”. Mən isə cavabımda  ona dedim: “İnanıram ki, sən buna nail ola bilərsən və görürəm ki, nüfuzun olduğuna görə  sözün keçər. İnşallah, müdafiə nazirlərimiz bir-biri ilə danışıqlarını davam etdirəcəklər. Bugünkü toplantıda iştirak edən dostlarımızın köməyi ilə bunu yekunlaşdıra bilsək, burada iki mühüm mövzumuz olacaq: biri təchizat, digəri isə əlimizdə olan F-16-ların modernləşdirilməsidir”, - Ərdoğan bildirib.

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti