Xəbər verdiyimiz kimi, bu gün Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib. O, qəfil istefasını daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. A.Sarkisyan, bildirib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb və prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. 

Gözlənilməz istefası ilə Ermənistanın siyasi gündəmini dəyişən Armen Sarkisyan kimdir? 

Modern.az bildirir ki, Sarkisyan 1953-cü ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Nəzəri fizika-riyaziyyat fakültəsini bitirib. Sovet illərində bir neçə universitetdə elmi işçi, daha sonra Kembric Universitetində, London Universitetinin Riyaziyyat İnstitutunda professor vəzifəsində çalışıb.

A.Sarkisyan 1992-1995-ci illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. Eyni zamanda, o, Avropada “Baş səfir”, Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda (1999-cu ilə qədər) səfir olub.

Xatırladaq ki, 1996-cı ilin sonunda o vaxtkı Ermənistan prezidenti Levon Ter-Petrosyan ciddi kadr dəyişiklikləri etməyə qərar verib. 1996-cı ilin çaxnaşmalı prezident seçkilərinin izlərini təmizləməyə çalışan Petrosyan 1996-cı ilin noyabrında gözlənilmədən ölkənin Baş naziri Hrant Baqratyanı istefaya göndərib və Armen Sarkisyanı bu vəzifəyə təyin edib. O zaman qəribə qəbul edilsə də, bu təyinat kifayət qədər müsbət hesab olunurdu. Avropada təhsil almış və orada yaşayan gənc Ermənistan üçün yeni nəfəs ola, islahatlar apara, daxili siyasi gərginliyi azalda bilərdi. Amma ehtimallar baş vermədi. Həmin vaxt hakim siyasi qüvvə hesab olunan Erməni Milli Hərəkatı birmənalı şəkildə Sarkisyanı qəbul etmədi. Tezliklə o və Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan arasında gərginlik yarandı. Beləliklə, Sarkisyan vəzifəyə təyin olunandan cəmi 4 ay sonra istefaya getdi.

Ümidləri doğrultmayan Armen buna səbəb kimi sağlamlıq problemlərini göstərirdi. Amma Sarkisyanın istefasına müdafiə naziri ilə mübahisənin səbəb olması daha inandırıcı variant hesab olunurdu. Həmin vaxt mətbuatda yer alan silsilə məlumatlar görə, Vazgen Sarkisyan mübahisə zəminində onu döyübmüş. Lakin Sarkisyanın özü bu məlumatı təkzib etsə də, yerli media müdafiə nazirinin baş nazirə sillə vurması barədə kifayət qədər tutarlı faktları ictimaiyyətə təqdim etmişdi.

Onu da qeyd edək ki, 1997-ci ildə Armen Sarkisyanın istefasından sonra Robert Koçaryan Ermənistanın baş naziri vəzifəsinə təyin olundu. Bundan bir il sonra Levon Ter-Petrosyan istefa verdi və beləliklə, Ermənistanda "Qarabağ klanı" adlandırılan siyasətçilərin hakimiyyəti başladı...

16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub

Xəbər lenti