![]() |
|
Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ABŞ 8500-dək hərbçisini döyüş hazırlığı vəziyyətinə gətirib.
“Yol-xeber.az” CNN-ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin, prezident Co Baydenin göstərişi ilə yerləşdirməyə hazırlaşmaq əmrini verdi. Kirbi qoşunların yerləşdirilməsi ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.