Rusiya hərbi texnikanı Ukrayna ilə sərhədə yaxınlaşdırmağa davam edir. Bunu son günlər sosial şəbəkələrdə yayımlanan videoları tədqiq edən Conflict Intelligence Team də (Münaqişə Kəşfiyyat Komandası ) təsdiqləyir. Əsasən 1-ci Qvardiya Tank Ordusunun bölmələrinin Voronej yaxınlığındakı poliqondan sərhədə qədər irəlilədiyi iddia olunur.

Əvvəllər xəbər verildiyi kimi, dekabrda bu ordunun texnikası Voronejdən cənubda yerləşən Poqonovo poliqonuna gəlib. 

Virtualaz.org xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan bir neçə videoda Belqorod vilayətindəki stansiyalarda bu ordunun hərbi texnikası görünüb. CIT qeyd edir ki, söhbət təkcə Voronej yaxınlığında yerləşən avadanlıqlardan deyil, həm də Moskva yaxınlığından gələn əlavə texnikadan gedir.

Başqa videolarda CIT mütəxəssisləri hərbçilərin Smolenskdən Bryansk vilayətinin cənubuna - həm də Ukrayna ilə sərhədə köçürülməsini də müşahidə ediblər. Bundan əvvəl Bryansk vilayətində Rusiya ordusunun əsas zərbə qüvvələrindən biri olan Pskovdan olan 76-cı hava-desant diviziyasının texnikası da diqqət çəkib.

Avadanlıqların Rusiya ərazisi ilə ötürülməsi Belarusda Rusiya hərbçilərinin və texnikasının iştirakı ilə keçirilən irimiqyaslı hərbi təlimlər, eləcə də Qara dənizdə bu gün başlayan və bir neçə iri desant gəmilərinin iştirakı ilə hərbi dəniz təlimləri fonunda baş verir.

ABŞ hakimiyyətinin nümayəndələri kəşfiyyat məlumatlarına istinadən son günlər bəyan edirlər ki, Rusiya irimiqyaslı hücuma başlamaq üçün Ukrayna ilə sərhədlər yaxınlığında özünün zərbə hissələrini cəmləşdirməyi praktiki olaraq yekunlaşdırıb. Qərb ölkələri narahatdır ki, hücum "istənilən vaxt" baş verə bilər.

Ukrayna sərhədləri yaxınlığındakı rus qoşunlarının ümumi sayının 120 mini keçdiyi təxmin edilir. Almaniyanın "Spiegel" nəşri və bir sıra Britaniya mediası kəşfiyyat məlumatlarına istinad edərək, işğalın fevralın 16-da başlaya biləcəyini iddia ediblər. Rəsmi Vaşinqton dəqiq tarixləri açıqlamayıb. Ağ ev və Dövlət Departamenti Rusiyanı diplomatiya yolunu seçməyə inandırmaq imkanlarına hələ də inandıqlarını bildirirlər. Eyni zamanda, ABŞ öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.

Sosial şəbəkələrdə yayılmış son videokadrlarda, habelə, Rusiyanın onlarla döyüş vertolyotunun tam döyüş təchizatı ilə Ukrayna istiqamətində uçduğu əks olunur. Daha əvvəl də Rusiyanın hücum vertolyotlarını sərhədə yaxın ərazilərə yerləşdirdiyinə dair kadrlar yayılmışdı.

16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub

Xəbər lenti