Ermənistanın Türkiyə ilə barışmasına mane olan 10 ERMƏNİ kimdir? - SİYAHI

Xəbər verdiyimiz kimi, erməni mətbuatı Ermənistan-Türkiyə normallaşmasına mane olan əsas faktorlardan biri kimi diasporun təzyiqlərini ön plana çıxarıb.

Ümumilikdə isə erməni diasporunun İrəvan üzərində təsir gücü heç kimə sirr deyil. Bu zaman-zaman özünü daha aydın şəkildə hiss etdirib. Hal-hazırda olduğu kimi regional sülh və sabitliyə nail olmaq üçün ciddi addımların atıldığı vaxtlarda isə erməni lobbisinin fəaliyyəti özünün pozucu xislətini daha çox büruzə verir.

Bəs, ümumiyyətlə, erməni diasporunun rəhbərləri kimlərdir?

Uzun illərdir erməni diasporasından danışarkən ümumi təşkilatlardan bəhs edilsə də, konkret şəxs adlarına rast gəlmək müşkül məsələdir. Buna mane olan məqamlardan biri də diasporun rəsmi saytının Azərbaycandan olan istifadəçilər üçün bloklanması ilə bağlıdır. Digər açıq mənbələrdə isə məlumatlar olduqca kasaddır. Elə gizli və qanunsuz fəaliyyətlə məşğul olan təşkilatlarda olduğu kimi...

Bizim.Media-nın araşdırmasına görə bütün dünya ölkələrindəki erməni diasporlarına bir şəxs rəhbərlik edir:

II Qaregin

Ermənistan hökuməti və lobbisi üzərindəki əsas güc məhz kilsənin əlində cəmləşib. Və təsadüfi deyil ki, bütün ermənilərin katolikosu II Qareginin titulları içərisində erməni diasporunun sədri titulu da var.

Erməni diasporunun əsas 10 lideri isə bunlardır:

Perç Sedrakyan

Ümumerməni Xeyriyyə İttifaqının sədridir. Erməni lobbisinin əsas rəhbərlərindən hesab olunan Sedrakyan müxtəlif dövrlərdə Ermənistana səfər edərək ölkə prezidentləri ilə görüşlər də keçirib. Rəhbərlik etdiyi təşkilata 30-dan çox ölkədə 500 mindən çox erməni üzvdür. İttifaqın Ermənistana və Qarabağ ermənilərinə ayırdığı vəsaitin miqdarı isə orta hesabla illik 30-50 milyon dollar arasında dəyişir.

Ara Abramyan

Rusiya Erməni İttifaqının sədri, milyarder biznesmendir. Kremlə yaxınlığı ilə seçilən Abramyan İkinci Qarabağ müharibəsində öz vəsaiti hesabına erməni silahlı birləşmələrinə böyük həcmdə maddi və silah yardımları edib. Abramyan siyasətdən uzaq olduğunu bildirsə də, ötən il Ermənistanda keçirilən seçkilərdə Paşinyana rəqib olacağını elan etmişdi. Lakin sonradan bu niyyətindən daşındı.

Daniel Fındikyan

Ermənilərə Yardım Fondunun Prezidentidir. ABŞ-da yaşayan erməni diasporunun rəhbərinin təkcə bu ölkədə yox, eləcə də Avropada ciddi əlaqələrinin olduğu bildirilir. Rəhbərlik etdiyi fondun 1997-ci ildə Xankəndində nümayəndəliyi yaradılıb. Fond fəaliyyəti müddəti ərzində Ermənistana 200 milyondan çox yardım ayırıb.

Raffi Hamparyan

Amerika Erməniləri Milli Komitəsinin (Hay DAT) sədridir. Rəhbərlik etdiyi təşkilat 3 əsas məqsədə xidmət edir: Ermənistan və Qarabağ ermənilərinə maddi yardım, qondarma erməni soyqırımının tanıdılması, “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanıdılması.

Murad Topalyan

Amerika Erməniləri Milli Komitəsinin sabiq sədridir. 1999-cu ildə qanunsuz silah daşıma maddəsi ilə həbs olunub. Amerikada erməni mafiya klanının xaç atası, eləcə də ASALA-nn okeanın o tayındakı liderlərindən biri hesab olunur.

Vazgen Sisilyan

Livan ermənisi olan Vazgen Sisilyan hal-hazırda Fransada yaşayır və ASALA-nın Avropa üzrə lideri hesab edilir. 1992-ci ildə Xocalı soyqırımında iştirakına görə “Artsax müharibəsi qəhrəmanı” adına layiq görülüb. Sisilyan aprel döyüşləri, eləcə də 44 günlük müharibədə də öz terror dəstəsi ilə birlikdə iştirak edib.

Vova Vartanov

Erməni diasporunun maliyyəsilə silahlı birləşmələr təşkil edən VOMA təşkilatının sədridir. 44 günlük müharibədə fəal iştirakı ilə tanınıb. Ermənistanda yaşasa də bir çox Avropa ölkələri, eləcə də terror qruplaşmaları ilə yaxın əlaqələrə malikdir.

Aşot Avanesyan

Qarabağda doğulan Avanesyan 500 minə yaxın soydaşının yaşadığı Ukraynada erməni diasporunun rəhbəri kimi tanınır. 2017-ci ildə erməni soyqırımının Ukrayna Ali Radasında tanıdılması üçün göstərdiyi səyləri ilə gündəmə gəlib. “Qarabağın müstəqilliyi” ideyasının əsas təbliğatçılarındandır.

Vardine Ohanyan

Livan erməni icmasının əsas rəhbəri hesab olunur. Hal-hazırda bu ölkənin gənclər və turizm naziri kimi çalışır. Ohanyan həmçinin erməni təbliğatının əsas mərkəzlərindən olan Zvarnotsun Livan şöbəsinə rəhbərlik edir.

Levon Zekiyan

İstanbul erməni katolikosluğunun arxiyepiskopudur. O bu vəzifəyə 2014-cü ildə Papa Fransisk tərəfindən təyin olunub. Bir çox mənbələrdə Türkiyədə yaşayan ermənilərin faktiki lideri olduğu deyilir.

16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub

Xəbər lenti