![]() |
|
Rusiya Təhlükəsizlik Şurasının (SB) vitse-prezidenti Dmitri Medvedevin sosial mediada paylaşdığı xəritələr gündəm yaradıb.
D.Medvedevin teleqram kanalı xəbər verir ki, Ukraynanın Rusiya, Polşa, Rumıniya və Macarıstan olmaqla 4 ölkəyə bölündüyünü iddia edən Medvedev paylaşdığı Avropa xəritəsinə "Qərb analitiklərinin gözlədiyi gələcək" qeydini yazıb.
“Psixotrop maddələrin təsirinə məruz qalmış Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlandı (birinci foto)” - Medvedev yazıb.
Medvedevin “Qərb ekspertləri əslində belə olacağını düşünürlər” şərhi ilə paylaşdığı ikinci xəritədə Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür.