|
Qərbi Balkan ölkələrinin Avropa Birliyinə üzvlüyü ilə bağlı real perspektivlər regionun stabilliyi üçün əsas şərtdir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib.
“Əgər Avropa Birliyi Bosniya və Herseqovina, Albaniya, Serbiya, Makedoniya, Montoneqro və Kosovanın inteqrasiyası məsələsinə ciddi yanaşmasa, yeni müharibə yarana bilər. Digər tərəfdən Balkan ölkələrinin AB-yə üzvlüyü üçün hələlik uzun yolları var” – deyə o bildirib.