|
Rusiya Prezidenti Vladimir Putin sabahkı ad gününü ailəsi, dostları və qohumları ilə birgə qeyd edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Kreml sözçüsü Dmitri Peskov verib.
Qeyd edək ki, oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin 66 yaşı tamam olacaq.
Ötən il o, 65 yaşını Soçidə iş başında keçirmişdi. Həmin gün Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirmişdi.