|
ABŞ-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Məsud Pezeşkian arasında görüş olub.
Görüşdə Türkiyə və İran arasında ikitərəfli münasibətlər, eləcə də Yaxın Şərqdə gərginliyin artması müzakirə edilib.
Görüş zamanı Ərdoğan bildirib ki, Türkiyə ilə İran arasında mədəni əlaqələr onların əməkdaşlığına töhfə verir və bundan sonra da bütün sahələrdə əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüş daha sonra bağlı qapılar arxasında keçirilib.
Görüşdə çox böyük ehtimal ki, Yaxın Şərqdəki vəziyyətlə yanaşı, Cənubi Qafqazda sülhün əldə edilməsi və Zəngəzur dəhlizi məsləsinin də müzakirə edildiyi ehtimal olunur.