|
Çin Xalq Respublikası (ÇXR) qanunsuz şəkildə Rusiyanın silah nümunələrini kopyalayır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
ABŞ rəsmisi bildirib ki, Çin hələ inkişaf etmiş rus silahlarının nümunələrini alır:
“Mən əminəm ki, çinlilər artıq qanunsuz şəkildə rus dizaynını kopyalayır. Onlar Amerika məhsullarına elədiklərini rus mallarına da tətbiq edirlər: Onlar intellektual mənsubiyyəti oğurlayır, kopyalayır və təkrarlayırlar”.