error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 il ötür.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da 44-günlük müharibənin nəticələrinə uyğun olaraq imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir.

19 APRIL 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 APRIL 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 APRIL 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 APRIL 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 APRIL 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 APRIL 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 APRIL 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 APRIL 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 APRIL 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 APRIL 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 APRIL 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 APRIL 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 APRIL 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 APRIL 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 APRIL 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 APRIL 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 APRIL 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 APRIL 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir
16 APRIL 2025 Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar
16 APRIL 2025 Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Xəbər lenti