Rusiya Yaxın Şərqdə yeni savaşa başladı

Rusiya ordusu Suriyanın şimal-qərbində yerləşən Hələbdə Əsəd rejiminin əleyhdarlarına qarşı əməliyyatlara və təyin olunmuş hədəflərə hava zərbəsi endirməyə başlayıb.

Bu barədə Rusiya tərəfi məlumat yayıb.

Rusiya ordusu Suriyada Əsəd rejiminə müxalif olan Heyət Təhrir əş-Şam (HTŞ) arasında 3 gündür davam edən qarşıdurmada Əsəd rejimin əleyhdarlarını zərərsizləşdirmək istiqamətində hərbi əməliyyata əl atıb.

Rusiya Müdafiə Nazirliyinin təmsilçisi bildirib ki, Rusiya Hərbi Hava Qüvvələri silahlı qrupların texnika və canlı qüvvəsinə, nəzarət-buraxılış məntəqələrinə, anbarlarına və artilleriya mövqelərinə raket zərbələri endirir.

Əsəd hakimiyyətinin Hələb Beynəlxalq Hava Limanını bütün reyslərə bağladığı və Rusiyadan əlavə hərbi yardım vədləri aldığı bildirilir.

Qeyd edək ki, Heyət Təhrir əş-Şam Əsəd rejimi ilə 3 gündür davam edən qarşıdurma nəticəsində Hələb ətrafında 86, İdlibdə 22 olmaqla ümumilikdə 108 yaşayış məntəqəsini ələ keçirib.

Təhrir əş-Şam qüvvələrinin Suriyanın ikinci böyük şəhəri Hələbə daxil olduğu bildirilir.

30 Noyabr 2024 Gürcüstan QARIŞDI: Ordu və səfirlər də xalqa QOŞULDU...
30 Noyabr 2024 Hakan Fidandan Suriya açıqlaması: Buna icazə verməyəcəyik
30 Noyabr 2024 Rusiyadakı Azərbaycanlıların nəzərinə! - Bundan sonra xüsusi vəsiqələr...
30 Noyabr 2024 ABŞ-də qara cümədə alış-veriş üstündə atışma olub - yaralılar var - FOTO
30 Noyabr 2024 Zelenski DÜNYANI ŞOKA saldı: Torpaqları almadan müharibəni DAYANDIRIRIQ!
30 Noyabr 2024 Ermənistanda partlayış baş verdi
30 Noyabr 2024 Qərbin Fransa agenti ilə Tiflisə hücum planı: Ermənistan kəşfiyyatı da fəal dəstək verir
29 Noyabr 2024 Rusiya kəşfiyyatı: Qərb Ukraynanı işğal etməyi planlaşdırır! 100 minlik ordu müdaxiləyə hazırdır
29 Noyabr 2024 Zelenskidən XALQA kritik SON DƏQİQƏ çağırışı: HAZIRLAŞIN, Putin BAŞLAYIR!
29 Noyabr 2024 Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib
29 Noyabr 2024 Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb?
29 Noyabr 2024 Putin: İrəvanın KTMT-ni Qarabağa görə ittihamı...
29 Noyabr 2024 İsveç və Polşa Rusiyaya qarşı müqavilə bağladılar
29 Noyabr 2024 Netanyahu orduya ƏMR ETDİ: "Genişmiqyaslı müharibəyə hazır olun"
29 Noyabr 2024 Bayden açıqladı: ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub
29 Noyabr 2024 Putin illər sonra Merkeldən üzr istədi: Lütfən bağışla!
28 Noyabr 2024 Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır
28 Noyabr 2024 İsrail Livanla bağlı qadağa xəritəsi yaydı- Atəşkəs və gərginlik...
28 Noyabr 2024 Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...
28 Noyabr 2024 Bu ölkə Netanyahunu həbs etməyəcək

Xəbər lenti