|
Əgər 2019-cu il büdcəsiylə bağlı razılıq əldə etmək mümkün olmasa, AB İtaliyaya sanksiyalar tətbiq edəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Pyer Moskoviçi deyib. Onun sözlərinə görə, İtaliya noyabrın 13-nə qədər AB-nin tələb etdiyi büdcə düzəlişlərini yerinə yetirməlidir.
Qeyd edək ki, bundan öncə İtaliya ilə AB arasında münasibətlər pisləşib. İtaliya Avropa Komissiyasını Avropa Birliyini parçalamaqda ittiham edib.