Tramp Putini də aldadır, savaş davam edəcək: ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirtsə...

Avropa Birliyinin əks manevrləri Ağ Evin sülh planlarını pozmaqla yanaşı, ABŞ-ın Ukraynaya dəstək düşərgəsinə qayıdışına yol aça bilər və bu, Rusiya üçün ən uğursuz variantdır... Bu baxımdan, Tramp-Putin sövdələşməsinin Ukrayna savaşının dayandırılması üçün yetərli ola biləcəyi barədə qənaətlər hələlik real situasiyaya adekvat deyil...

Ukrayna savaşının dayandırılması ilə bağlı ABŞ-Rusiya səhnəarxası təmaslarından sonra kollektiv Qərb daxilində siyasi xaosun yaranmaqda olduğu müşahidə edilir. ABŞ-ın mövcud mərhələdə kollektiv Qərbdən uzaqlaşmaüda olduğu da inkaredilməz reallıqdır. Hər halda, Ağ Evin tədricən ABŞ-ın strateji hədəfləini kollektiv Qərbin maraqlarından ayırmağa başladığı açıq-aşkar nəzərə çarpır. Üstəlik, "Oval kabinet qalmaqalı"ndan sonra ABŞ-ın yalnız Ukrayna deyil, ümumiyyətlə, Qərbdəki bütün müttəfiq-tərəfdaşları ilə də fərqli "strateji səngərlərə" yerləşdiyi artıq inkaredilməz reallıqdır. Və bu reallığın nəticələri hazırda qlobal məkanda öz yeni təsirlərini büruzə verməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, indi Avropa Birliyi Tramp adminstrasiyasının Rusiya ilə yaxınlaşmasına reaksiya vermək məcburiyyətində qalıb. Xüsusilə də, "qoca qitə"nin təhlükəsizlik təminatını ABŞ-dan asılı olmayan hərbi-siyasi mexanizmlərə bağlamaq ehtiyacı yaranıb. Ancaq Avropa Birliyi bunu mümkün qədər yumşaq və ehtiyatlı üslubda reallaşdırmağa cəhd göstərir. Yəni, bir tərəfdən Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyi vurğulanır. Digər tərəfdən isə Ukrayna prezidenti Volodimir Zelenskiyə Ağ Ev sahibi Donald Trampla korlanmış münasibətlərini bərpa etməsi məsləhət görülür. Və bu, Avropa siyasi dairələrində tərəddüdlərin hələ də mövcud olduğunu göstərir.

tr-euro-Снимок.JPG (83 KB)

Ancaq buna baxmayaraq, Avropa Birliyi "qoca qitə"nin yeni təhlükəsizlik sistemi ilə bağlı müzakirələrə artıq başlayıb. Avropa Birliyinə üzv olan 27 ölkənin iştirakı ilə təcili keçirilən müdafiə sammitində bu məsələ əsas müzakirə mövzusudur. Üstəlik, bu sammitə Ukrayna prezidenti Volodimir Zelenski də dəvət olunub. Çünki rəsmi Kiyev artıq ABŞ-dan ümidini kəsərək, əsas tərəfdaş hesab etdiyi Avropa Birliyinin bütün məsləhətlərini icra etməyə çalışır. Və onun Tramp adminstrasiyası ilə münasibətlərin bərpasına yönəlik son açıqlaması da məhz bunun nəticəsi hesab oluna bilər.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski Ukraynanın ABŞ prezidenti Donald Trampın liderliyi altında sülh prosesində iştirak etməyə hazır olduğunu bəyan edib. Cavabında isə Ağ Evdən praqmatik yanaşma ilə müzakirələrə hazır olacağı təqdirdə, prezident Volodimir Zelenski ilə yenidən siyasi təmasların mümkün olduğu barədə mesaj verilib. Buna paralel olaraq, ABŞ Ukraynaya hərbi dəstəyi tamamilə dayandırıb, kəşfiyyat məlumatlarının ötürülməsi prosesi də bloklanıb. Və bu, Ukrayna üçün olduqca təhlükəli situasiyanın yaranma ehtimalını artırıb.

Digər tərəfdən, Ağ Ev Ukrayna ilə qeyri-rəsmi olaraq, məxfi danışıqlara da başlayıb. Üstəlik, bu məxfi təmasların iki istiqamət üzrə davam etdiyi də bildirilir. Belə ki, bir tərəfdən prezident Volodimir Zelenskinin ABŞ üçün böyük önəm daşıyan "təbii sərvətlər" anlaşmasının imzalanmasına cəhd göstərilir. Ukrayna prezidenti artıq həmin sənədi imzalamağa hazır olduğunu rəsmən bəyan edib. Ancaq Ağ Ev ehtiyat variant kimi, Ukrayna müxalifəti ilə də məxfi təmaslar qurub. Və prezident Volodimir Zelenskinin növbəti dəfə problem yaradacağı təqdirdə, onun Ukrayna müxalifətinin təmsilçisi ilə əvəzlənməsi əsas müzakirə mövzusudur.

1740341822.4828.jpg (31 KB)

Ancaq bəzi məlumatlara görə, əgər, prezident Volodimir Zelenski "təbii sərvətlər" anlaşmasını imzalayarsa, ABŞ Ukraynaya hazırda dayandırdığı hərbi dəstəyi yenidən bərpa edə bilər. Rəsmi Kiyevin Ağ Evlə apardığı məxfi danışıqlarda əsas şərti də məhz bununla bağlıdır. Ağ Evə hazırda Ukraynanın təbii sərvətlərinə sahiblənmək hüququ lazımdır. Buna nail olduğundan sonra Tramp adminstrasiyasının Putinlə anlaşmalardan geri çəkilmə ehtimalı olmamış deyil. Və rəsmi Kiyevə qarşı bu qədər ağır təzyiqlərin əsas səbəbi də məhz bu məsələdən qaynaqlanır.

Məsələ ondadır ki, Avropa Birliyi indiki mərhələdə Ukrayna savaşının dayandırılmasında qətiyyən maraqlı deyil. Ağ Ev "Tramp-Putin sövdələşməsi"ndə nə qədər israrlı görünsə də, Avropa Birliyindən qısa müddətdə imtina etməsi də ABŞ üçün təhlükəli situasiya yarada bilər. Üstəlik, Tramp adminstrasiyası hər an fərqli qərar qəbul etməyə meylli olduğunu artıq sübuta yetirib. Və bu baxımdan, Kremldə son hədəfə çatılana qədər ABŞ-ın öz mövqeyinə dəyişiklik etməyəcəyinə də tam arxayın deyillər.

Maraqlıdır ki, bu ehtimalın mümkün olduğunu Avropa Birliyində də nəzərə alırlar. Belə ki, hazırda ABŞ-a qarşı əks təsir mexanizmlərinin işə salındığı müşahidə olunur. Avropa Birliyi Ukraynaya tam dəstək görüntüsü yaratmaqla, əslində, Tramp adminstrasiyasına qurduğu planların pozulma ehtimalını xatırlatmağa çalışır. Fransa ABŞ-dan fərqli olaraq, Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirmək niyyətini bəyan edib.

Digər tərəfdən, prezident Emmanuel Makron Ukrayna savaşının dayandırılması ehtimalının o qədər də yüksək olmadığını vurğulayıb. Onun fikrincə, Rusiya öz sülh şərtlərindən geri çəkilməzsə, hətta bu, mümkün olmaya da bilər. Fransa prezidenti hesab edir ki, sülh sazişinin imzalanması üçün ilk növbədə Rusiya Ukraynada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə də razılaşmalıdır. Əks halda, Ukraynanın təhlükəsizliyinə təminat vermək mümkün olmadığından, rəsmi Kiyev sülh sazişini imzalamaqdan imtina edərsə, haqlı olacaq. Və rəsmi Parisin bu mövqeyi Kremldə ciddi qıcıq yaradıb.

d0b24cbf-7d90-385a-bf81-38d9fd58fed8_850.jpg (77 KB)

Maraqlıdır ki, Rusiya siyasi dairələri Fransa və Böyük Britaniyanı nəyin bahasına olursa-olsun, Ukrayna savaşının dayandırılmasına imkan verməmək cəhdlərində suçlayır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə NATO üzvü olan Avropa dövlətlərinin Ukraynada sülhməramlı hərbi kontingent yerləşdirməsi həmin ölkələrin savaşa rəsmən qatılması kimi qəbul ediləcəyini bildirib. Onun fikrincə, bu, yolverilməzdir və Rusiya heç bir halda, belə bir addımın atılmasına razılıq verməyəcək. Və bu, o deməkdir ki, əgər, Avropa Birliyi öz mövqeyində israrlı olarsa, eləcə də, "qoca qitə"nin təhlükəsizlik maraqları üçün Ukraynaya dəstəyi davam etdirərsə, Tramp-Putin sövdələşməsi pozula bilər.

Göründüyü kimi, Ukrayna böhranı ətrafında olduqca qəliz situasiya yaranıb. Ağ Ev üçün əsas hədəf məhz Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirtməkdən ibarətdir. Əgər, buna nail olunarsa, Rusiyanın isə öz şərtlərində bəzi güzəştlərə getməyəcəyi təqdirdə, Tramp adminstrasiyasının sülhyaratma prosesindən geri çəkilmə ehtimalı hələ də aktualdır.

Xüsusilə də, Avropa Birliyinin əks manevrləri Ağ Evin sülh planlarını pozmaqla yanaşı, ABŞ-ın Ukraynaya dəstək düşərgəsinə qayıdışına yol aça bilər. Bu baxımdan, Tramp-Putin sövdələşməsinin Ukrayna savaşının dayandırılması üçün yetərli ola biləcəyi barədə qənaətlər hələlik real situasiyaya adekvat deyil. Və belə anlaşılır ki, Ukrayna savaşı hələ davam edəcək, bu isə Rusiya üçün ən uğursuz variantdır.(Musavat.com)

11 Mart 2025 Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır
11 Mart 2025 Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başladı - Yenilənir
11 Mart 2025 Bu kənddə iftar vaxtı evdə yemək bişirmək qadağan edilib
11 Mart 2025 Rubio: Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çox çətin olacaq
11 Mart 2025 Moskvada hava limanlarının fəaliyyəti dayandırıldı
11 Mart 2025 Moskva vilayətinə PUA hücumu - Ölən və yaralananlar var - Video
11 Mart 2025 Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik təhdid altında
11 Mart 2025 Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu qazanca çevirir
11 Mart 2025 Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalandı
10 Mart 2025 Tramp: Bəşəriyyət üçün əsas təhlükə...
10 Mart 2025 10 min ukraynalı əsgər Kurskda mühasirədə - Forbes
10 Mart 2025 Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ-yə qoşulun
10 Mart 2025 Ukraynaya görə ciddi qalmaqal: Mask nazirə "balaca adam" deyərək hədələdi
10 Mart 2025 Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO
10 Mart 2025 Tramp dünyada ən pis təhsilin ABŞ-də olduğunu etiraf edib
10 Mart 2025 KİV: PKK terror təşkilatı qurultay keçirərək özünü buraxacaq
08 Mart 2025 Türkiyə və İranın XİN rəhbərləri görüşdü
08 Mart 2025 “Krokus”a hücuma göstəriş verən ABŞ-də tutuldu
08 Mart 2025 Tramp: Mən hələ də Putinə inanıram
07 Mart 2025 Ukraynaya görə Britaniyaya da qadağa qoyulub

Xəbər lenti