Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!

Azərbaycanda “iş elanı” adı altında qadınlara əxlaqsız təkliflər edilir.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Elan saytlarından birində yerləşdirilən “iş” üçün 1500 manat maaş vəd edilib.

Məlumatda 18-50 yaşlı xanımların Sumqayıtda 1 yaşı bitməmiş uşağa baxacağı qeyd edilsə də, elanla maraqlanan şəxslərdən biri həqiqətin başqa olduğunu öyrənib.

Elanı paylaşan və adının Natiq olduğunu deyən şəxs qadından həm uşağa, həm də ona baxmasını istəyib. Yataq otaqlarında kamera olmadığını xüsusi vurğulayan şəxs həmçinin “dayə”dən özünə baxımlı olmasını da tələb edib. 

Qarşılaşdığı vəziyyət qarşısında təəccüblənən qadın iş elanı verən şəxslə yazışmalarını və onun fotosunu paylaşıb.

Sosial şəbəkə istifadəçiləri elan saytlarında bənzər elanların çox olduğunu bildirib. Qeyd edilib ki, fotosu olan şəxs əslində elanı yerləşdirən şəxs olmaya da bilər. Çünki bir çox hallarda bu cür niyyəti olan şəxslərin kimliklərini aşkara çıxarmamaq üçün başqalarının fotolarından istifadə etdiyi bildirilib.

Billurə Yunus

12 Mart 2025 Bakıdakı məşhur bazar yandı
12 Mart 2025 Bakıda avtomobilinə hücum edilən şəxs SAHİBKAR İMİŞ - DETALLAR
11 Mart 2025 Xəzərdə balıqçılarda 10 kq narkotik aşkarlanıb - FOTO
11 Mart 2025 DumanIı hava nə vaxtadək davam edəcək?
10 Mart 2025 Tanınmış iş adamı Fuad Allahverdiyevlə bağlı şok iddialar
10 Mart 2025 Ermənistan Xankəndidə ölmüş qadının meyitinin təhvil almır - Dövlət Komitəsi
10 Mart 2025 170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb
10 Mart 2025 Dövlət Turizm Agentliyinin əməkdaşı həbs olundu
10 Mart 2025 Avtobus dumanlı havada qəzaya düşdü - Video - Yenilənib
07 Mart 2025 Bakının mərkəzi küçəsindəki qəza ilə bağlı açıqlama - VİDEO
06 Mart 2025 Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var - YENİLƏNİB
06 Mart 2025 Direktorun müəllimlərə "hinduşkabaş" dediyi məktəblə bağlı AÇIQLAMA
06 Mart 2025 Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
06 Mart 2025 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
06 Mart 2025 Bakıda evdə partlayış: yaralananlar var
06 Mart 2025 Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
05 Mart 2025 Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
05 Mart 2025 Fuad Nağıyev istintaqa çağırıldı
05 Mart 2025 Bakıda ağır işgəncəyə məruz qalan azyaşlı anasından alındı, ana saxlanıldı
05 Mart 2025 Neft Emalı Zavodunun ərazisindəki yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Xəbər lenti