|
Avropa Birliyi İranla nüvə razılaşmasının qorunması üçün reallaşdıracağı tədbirləri sürətləndirməlidir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, nüvə razılaşmasıyla bağlı Avropa ölkələri çox yavaş qərarlar alırlar.
O, İranın öz siyasətini ABŞ-ın daxili işləri əsasında formalaşdırmadığını bildirib.