Rusiya ilə yeni toqquşmaya hazırlıq: nüvə də nəzərə alınıb

Avropa ölkələrinin yüksək rütbəli hərbi məmurları Rusiya ilə hibrid münaqişə və ya hətta birbaşa döyüş formasında potensial qarşıdurmaya hazırlaşır.

Bu barədə “Le Figaro” qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan fransız zabitinin sözlərinə görə, ordu ən pis ssenariyə hazırlaşır. Nəşr iddia edir ki, oxşar atmosfer bütün Avropa ölkələrində hökm sürür, burada hərbçilər müxtəlif hərbi ssenarilər hesablayırlar.

Nəşrin yazdığına görə, nüvə eskalasiyası riskləri nəzərə alınmaqla Rusiya ilə NATO arasında tammiqyaslı münaqişənin baş vermə ehtimalı aşağı səviyyədə qiymətləndirilir, lakin eyni zamanda hərbçilər Avropa dövlətlərindən birinin ərazisində, eləcə də qitədən kənarda məhdud hərbi əməliyyatların və hibrid müharibənin aparılması imkanlarını da nəzərdən keçirir.

Məqalədə Avropaya edilən bəzi hibrid hücumlar Rusiya ilə əlaqələndirilir. Nümunə kimi Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda qərbyönlü namizəd Yelena Laskoniyə qalib gələn Kelin Gergeskunun qələbəsini göstərirlər.

Bu, ölkənin NATO ilə əməkdaşlıq perspektivləri ilə bağlı narahatlıqları artırıb. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, Afrika Sahel ölkələrində yaranmış vəziyyət Rumıniyada təkrarlana bilər. Belə ki, Afrika Sahel ölkələri ilə Rusiya arasında əməkdaşlığın güclənməsi fonunda fransızlar hərbi kontingentini oradan çıxarmalı olublar.//Report

05 Aprel 2025 Trampın başı dərddə: Qrarı ABŞ iqtisadiyyatını böhrana sürüklədi
05 Aprel 2025 "Tesla" görünməmiş ziyana uğradı
05 Aprel 2025 Ağ Ev: Putin bunu edərsə, Tramp danışıqları dayandıracaq
04 Aprel 2025 10-dan çox ölkə Rusiyaya qarşı hərbi qüvvə hazırlayır
04 Aprel 2025 Rusiya uzunmüddətli qarşıdurmaya hazırlaşır - Kavoli
04 Aprel 2025 Türkiyədə çökmə nəticəsində ölənlər var
03 Aprel 2025 Azərbaycanın Trampın siyahısına düşməyi ölkəmiz üçün - Nəyi dəyişəcək?
03 Aprel 2025 Çin etiraz etdi, Argentina xoş qarşıladı - Trampın qərarına reaksiyalar
03 Aprel 2025 İran döyüş hazırlığına BAŞLADI - hava məkanı bağlanır, ordu HAZIR - Trampın İranı VURACAĞI TARİX budur
03 Aprel 2025 Netanyahu məhkəmə orderinə baxmayaraq Macarıstana GETDİ
03 Aprel 2025 Tramp dediyini etdi: Qlobal ticarət müharibəsi başladı - DÜNYA ŞOKDA
03 Aprel 2025 Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
02 Aprel 2025 Putin Trampı xəyal qırıqlığına uğratdı
02 Aprel 2025 ABŞ İrana yeni sanksiyalar tətbiq etdi
01 Aprel 2025 İsrail Beyrutun ətraf ərazilərinə zərbə endirdi
01 Aprel 2025 Ərdoğanla Makron telefonla danışdı
01 Aprel 2025 İran Prezidentinin müşaviri Azərbaycanda səfərdədir
01 Aprel 2025 ABŞ İrana qarşı hərbi əməliyyat üçün son hazırlıqlara başladı
31 Mart 2025 Türkiyə MMN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
31 Mart 2025 Pendir formasında papaq taxdı

Xəbər lenti