Trampın devrilməsinə hazırlıq başladı: ABŞ-da iqtisadi çöküş qaçılmaz sayılır

Tramp adminstrasiyasının radikal iqtisadi-siyasi qərarlarını ABŞ üçün "fəlakət ssenarisi"nə keçid kimi dəyərləndirən bəzi ictimai dairələr Ağ Ev sahibinə qarşı impicmentin tətbiq olunmasını tələb edirlər... Bu baxımdan, ABŞ-da hər ötən gün daha da güclənməkdə olan etiraz dalğasını da nəzərə aldıqda, Tramp adminstrasiyasının öz səlahiyyət müddətini sona çatdlra bilməyəcəyi ilə bağlı ehtimal indi qətiyyən istisna edilmir....

"Yeni Müsavat" xəbər verir ki, dünya son vaxtlar ciddi şəkildə qarışmağa başlayıb. Əksər Qərb dövlətləri Rusiya ilə yaxın gələcəkdə baş verəcəyi ehtimal olunan savaşa hazırlaşır. Dünya iqtisadiyyatının müharibə təhlükəsinə uyğunlaşdırılması istiqamətində atılan addımlar açıq-aşkar nəzərə çarpır. Yüz milyardlarla dollarlıq iri məbləğlər məhz silah bazarlarına yönəldilir. Və bütün bunlar Qərb ölkələrində həyat şəraitinin aşağı düşməsinə, sosial-siyasi böhranının yaranmasına yol açır.

Onu da qeyd etmək lazımdır ki, dünyanın hazırda üzləşdiyi hərbi-siyasi və maliyyə-iqtisadi xaosun əsas müəllifi məhz ABŞ-da cəmisi iki ay əvvəl hakimiyyətə gəlmiş Tramp adminstrasiyası sayılır. Hər halda, Tramp adminstrasiyası bir tərəfdən Kremlə böyük güzəştlər etməklə, Avropa Birliyi məkanında Rusiya ilə gələcək müharibə təhlükəsini aktuallaşdırdı. "Qoca qitə" ölkələrini hərbi xərcləri artırmaq məcburiyyətində buraxdı. Və nəticədə dünya hərbi iqtisadiyyat mərhələsinə keçid etmiş oldu.

tr-tic-images.jpg (10 KB)

Digər tərəfdən, Tramp adminstrasiyası bütün dünyada ticarət müharibəsinə də start verdi. Son günlər Ağ Ev sahibi Donald Tramp ABŞ-la ticarət əlaqələri olan bütün dünya ölkələrinə yüksək gömrük rüsumları tətbiq etdi. Ona görə də, hazırda ABŞ iştirak etdiyi bütün ticarət əməliyyatları əvvəlki dövrlərdən daha bahalı prosesə çevrildi. Üstəlik, Tramp adminstrasiyasının başlatdığı ticarət müharibəsi ehtimal olunduğu kimi bumeranq effekti də verməkdədir. Çünki Ağ Evin gömrük rüsumunu yüksəldiyi ölkələr də ABŞ-a münasibətdə adekvat addımlar atırlar. Və bundan da ABŞ iqtisadiyyatı artıq sarsıdıcı zərbələr almağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyası rəsmi təbliğatı indi atılan radikal addımların yaxın gələcəkdə ABŞ-da iqtisadi yüksəlişə yol aça biləcəyi ilə bağlı ehtimallar üzərində qurmağa cəhd göstərir. Xüsusilə də, Ağ Ev iddia edir ki, guya ABŞ-ın yeni rüsum siyasəti ilk növbədə Çinə sarsıdıcı zərbələr vurur. Halbuki, Qərb iqtisadçıları Ağ Evin bu addımlarının məhz Çinə sərfəli olduğunu iddia etməyə başlayıblar. Və bu iddialar müəyyən iqtisadi arqumentlər ilə gündəmə gətirildiyindən Tramp adminstrasiyası hazırda ciddi narahatlıq içərisindədir.

Məsələ ondadır ki, Tramp adminstrasiyasının bütün dünya ölkələrini hədəfə alan gömrük rüsumlarının əks effekti artıq ABŞ iqtisadiyyatında neqativ nəticələr verməyə başlayıb. Üstəlik, neqativ nəticələr ABŞ iqtisadiyyatı üçün sadəcə, təsir faktoru olaraq deyil, hətta dağıdıcı prosesin başlanğıcı kimi dəyərləndirilir. Çünki, ABŞ iqtisadiyyatı çox qısa bir müddətdə trilyonlarla dollar itkiyə məruz qalıb. Xüsusilə də, ABŞ birjaları sözün əsl mənasında, xaos yaşayır. Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən, eləcə də, son qərarlardan sonra ABŞ birjalarının təxminən 30 trilyondan çox dəyər itirdiyi bildirilir. Və bütün bunlara paralel olaraq, ABŞ dollarının da dəyər itirməkdə olduğu inkaredilməz reallıqdır.

tramp-savash.JPG (42 KB)

Təbii ki, bütün bunlar Tramp adminstrasiyasına olan etimadı ciddi şəkildə sarsıtmağa başlayıb. Çünki baş verənlər ilk növbədə ABŞ vətəndaşlarının həyat şəraitini sürətlə ağırlaşdırır. Nəticədə prezident Donald Trampın ictimai reytinqi artıq üzü aşağı yuvarlanmağa istiqamətlənib. Belə davam edərsə, tezliklə ABŞ-da sosial narazılıq dərin siyasi böhtana da yol aça bilər. Və Ağ Ev sahibi etiraz dalğasının təhlükəli görüntülər almaqda olduğunu artıq anlamağa başlayıb.

Maraqlıdır ki, prezident Donald Tramp özünün radikal iqtisadi-ticari qərarlarına haqq qazandırmağa çalışsa da, buna inandırıcı arqumentlər tapmaqda da çətinlik çəkir. Hələlik Ağ Ev sahibinin ABŞ-ın tezliklə daha güclü olacağını bəyan etməkdən, amerikalıları atılan addımlara dəstək verməyə çağırmaqdan başqa nəyəsə imkanı çatmır. Üstəlik, Tramp adminstrasiyası ABŞ cəmiyyətinin arqumentlərə və çağırışlara pozitiv reaksiya vermədiyini də açıq-aşkar müşahidə etmək məcburiyyətində qalıb. Və bu, o deməkdir ki, hazırda bütün dünyaya meydan oxumağa çalışan Tramp adminstrasiyası tezliklə ölkədaxili problemlərin girovuna da çevrilə bilər.

Məsələ ondadır ki, Tramp adminstrasiyasının iqtisadi-ticari siyasətindən narazı olan amerikalılar artıq küçə və meydanlara alışmağa başlayıblar. Üstəlik, Tramp adminstrasiyasına qarşı etiraz dalğası bütün ABŞ əraziinə yayılmaqdadır. Belə ki, milyonlarla insan ABŞ-ın əksər şəhərlərində Tramp administrasiyasına qarşı etiraz aksiyalarına çıxırlar. Ağ Ev sahibindən öz radikal qərarlarını ləğv etməyi tələb edirlər. Hətta prezident Donald Trampın istefasına yönəlik şüalar da artıq populyarlaşmağa başlayıb. Və bu, Tramp adminstrasiyasının gələcək taleyi ilə bağlı ciddi problemlərin ola biləcəyinə yönəlik ilk ictimai-siyasi əlamətlər hesab edilir.

trump-v-1739643701.jpg (357 KB)

Maraqlıdır ki, ABŞ siyasi dairələrində də prezident Donald Trampın istefa verməsinin vacibliyi indi tez-tez müzakirə mövzusuna çevrilməkdədir. Əsas arqumentlər isə ondan ibarətdir ki, prezident Donald Trampa ABŞ-ın və amerikalıların taleyinin etibar edilməsi olduqca böyük yanlışdır. Ona görə də, ABŞ iqtisadiyyatı tamamilə dağılıb, çökməmiş Tramp adminstrasiyasından ölkəni xilas etmək lazımdır.

Bu arqumentlərin müdafiəçiləri hesab edirlər ki, əks halda, ABŞ dünyanın adi dövlətlərindən birinə çevrilə və hətta dünya xəritəsindən silinə bilər. ABŞ-da bu qənaətdə olan bəzi siyasi-ictimai qruplaşmalar prezident Donald Trampa qarşı impicmentin tətbiq olunması üçün hazırlıq prosesinə başlayıblar. Və bu baxımdan, etiraz dalğası daha da güclənərsə, Tramp adminstrasiyasının öz səlahiyyət müddəti sona çatmadan devrulmə ehtimalı da qətiyyən istisna edilmir.

07 Aprel 2025 Rusiyada son 14 ilin ən böyük hərbi səfərbərliyi
07 Aprel 2025 Köhnə nizam dağılır, yenisi uğrunda savaş gedir – Dünyanın hegemonu kim olacaq?
07 Aprel 2025 İrandan Trampa hədə: Qisas alınacaq, başına güllə vurulacaq
07 Aprel 2025 Ermənistan Türkiyə sakinlərini necə zəhərləyir? - İnsanlar təşvişlə çağırış etdi – VİDEO
07 Aprel 2025 “Bizim bildiyimiz dünya yox oldu...” - Starmer
07 Aprel 2025 Hakan Fidandan Özgür Özələ - “Yerini bil!”
07 Aprel 2025 Britaniya sularında Rusiyanın casus sensorları aşkarlandı
07 Aprel 2025 Ümidlər əriyib QƏZƏBƏ ÇEVRİLDİ - Çin ABŞ-la ticarət müharibəsinə hazırlaşır
05 Aprel 2025 Trampın başı dərddə: Qrarı ABŞ iqtisadiyyatını böhrana sürüklədi
05 Aprel 2025 "Tesla" görünməmiş ziyana uğradı
05 Aprel 2025 Ağ Ev: Putin bunu edərsə, Tramp danışıqları dayandıracaq
04 Aprel 2025 10-dan çox ölkə Rusiyaya qarşı hərbi qüvvə hazırlayır
04 Aprel 2025 Rusiya uzunmüddətli qarşıdurmaya hazırlaşır - Kavoli
04 Aprel 2025 Türkiyədə çökmə nəticəsində ölənlər var
03 Aprel 2025 Azərbaycanın Trampın siyahısına düşməyi ölkəmiz üçün - Nəyi dəyişəcək?
03 Aprel 2025 Çin etiraz etdi, Argentina xoş qarşıladı - Trampın qərarına reaksiyalar
03 Aprel 2025 İran döyüş hazırlığına BAŞLADI - hava məkanı bağlanır, ordu HAZIR - Trampın İranı VURACAĞI TARİX budur
03 Aprel 2025 Netanyahu məhkəmə orderinə baxmayaraq Macarıstana GETDİ
03 Aprel 2025 Tramp dediyini etdi: Qlobal ticarət müharibəsi başladı - DÜNYA ŞOKDA
03 Aprel 2025 Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Xəbər lenti